#Türkiyədə mütəşəkkil cinayət dəstələri

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində şübhəlilərin yaralama, obyektlərin güllələnməsi və hədə-qorxu ilə talama faktlarına qarışdıqları müəyyən edilib. Araşdırma zamanı onların Eyüpsultan, Üsküdar, Bağcılar və Ataşehir rayonlarında müxtəlif cinayət əməllərində iştirak etdikləri bildirilib.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən, İstanbul Anadolu Respublika Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində, Anadolu tərəfində fəaliyyət göstərdiyi müəyyən edilən cinayətkar dəstə nəzarətə götürülüb. İstanbulun Anadolu tərəfində mütəşəkkil cinayət fəaliyyəti ilə məşğul olan və rəhbərliyi xaricdə olan bir şəxs tərəfindən idarə edilən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda 5 nəfər saxlanılıb. Aparılan texniki və fiziki təqiblər nəticəsində dəstə üzvlərinin 4 ayrı cinayət əməlinə qarışdıqları müəyyən edilib.

Türkiyənin Daxili İşlər Nazirliyi 15 vilayətdə keçirilən eyni vaxtlı əməliyyatlar nəticəsində 15 ayrı mütəşəkkil cinayət qrupunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin yaydığı məlumatda bildirilib ki, son bir həftə ərzində həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində ümumilikdə 140 şübhəli saxlanılıb, onlardan 80-i həbs olunub.

Türkiyənin Daxili Təhlükəsizlik Qüvvələri Baş Komandanlığı 12 vilayətdə 15 mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatlar zamanı hesablarında 438 milyon lirə maliyyə hərəkəti qeydə alınan 109 şübhəlinin saxlanıldığını açıqlayıb. Qurumdan verilən məlumata görə, Türkiyə Respublika Baş Prokurorluqları və Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, eləcə də Kiber Cinayətlərlə Mübarizə idarələrinin koordinasiyası ilə vilayət təhlükəsizlik qüvvələri tərəfindən 12 vilayətdə əməliyyatlar həyata keçirilib.

Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu narkotik vasitələrin istehsalı və ticarətində ittiham olunan 23 nəfərin saxlanılması barədə qərar çıxarıb. Baş Prokurorluğun açıqlamasına əsasən, əksəriyyəti küçə satıcıları olan şübhəlilərin tutulması üçün İstanbulun müxtəlif rayonlarında və Muş şəhərində genişmiqyaslı əməliyyat başladılıb. İstanbul İl Jandarma Komutanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə verilən təlimat çərçivəsində Esenyurt, Fatih, Avcılar, Büyükçekmece, Güngören və Beylikdüzü daxil olmaqla ümumilikdə 33 ünvanda axtarışlar aparılır.

Türkiyədə son bir həftə ərzində jandarma qüvvələri tərəfindən keçirilən əməliyyatlar çərçivəsində dələduzluq, sələmçilik və miqrant qaçaqmalçılığı ilə məşğul olan 7 ayrı mütəşəkkil cinayət qrupuna qarşı tədbirlər görülüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, əməliyyatlar nəticəsində son 5 il ərzində hesablarında 251 milyon lirəlik maliyyə dövriyyəsi müəyyən edilən 67 şübhəli şəxs saxlanılıb.

Türkiyədə 6 şəhərdə dələduzluq və sələmçilik fəaliyyəti ilə məşğul olan 9 ayrı mütəşəkkil cinayət dəstəsinə qarşı son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar nəticəsində son iki ildə bank hesablarında 2 milyard 408 milyon lirəlik əməliyyat həcmi müəyyən edilən 61 şübhəli saxlanılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə bu cinayət qruplarının törədə biləcəyi sələmçilik, dələduzluq və oğurluq kimi əməllərdən vətəndaşların zərər görməsinin qarşısı alınıb.