2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz azalaraq, 14 milyon 89 min 63 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 1 milyon 370 min 5 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
#Qətər
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 34 milyon 758 min 58 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalaraq, 4 milyon 13 min 95 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz azalaraq, 49 milyon 35 min 46 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 4 milyon 802 min 88 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.
ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.
19 dekabr 2025-ci ildə Miami şəhərində Türkiyə, ABŞ, Qətər və Misirin nümayəndələrinin iştirakı ilə Qəzza üzrə dördlü toplantı keçirilib. Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan təmsil edib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, görüşdə Qəzza sülh planının birinci mərhələsi qiymətləndirilib. Birinci mərhələdə əldə olunan atəşkəsin bəzi pozuntulara baxmayaraq davam etdiyi, rehinələrin azad olunma prosesinin başa çatdığı və qarşıdurmaların böyük ölçüdə dayandırıldığı vurğulanıb.
Adil Kərimli Qətər Dövlətinin Milli Günü münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə dəvətli qonaq qismində iştirak edib.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Qətərin FIFA Ərəb Kuboku 2025-i uğurla təşkil etməsi münasibətilə bu ölkənin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə təbrik teleqramı göndərib. Kral Salman teleqramında Qətər Əmirinə ən səmimi təbriklərini və davamlı inkişafla yanaşı yeni uğurlar arzulayıb. O, həmçinin Qətər Dövlətinin hökumətinə və xalqına sabit tərəqqi və rifah diləklərini çatdırıb. Bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) məlumat yayıb.
“F‑16 tədarükü ilə bağlı problem görmürük. Bizim əsas prioritetimiz F‑35-lərdir. İsrail və Yunanıstanın bu təyyarələrin bizə verilməməsi üçün lobbiçilik etdiyini bilirik. Türkiyə və ABŞ bu problemləri həll edəcək,” – deyə Gülər açıqlayıb. Güler bildirib ki, Türkiyə Böyük Britaniya ilə bağladığı razılaşma çərçivəsində 20 yeni Eurofighter döyüş təyyarəsi alacaq. Təyyarələrin tədarük planı belədir:
Prezident İlham Əliyev milli bayram münasibətilə Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bina Həməd Al Tanini və qardaş Qətər xalqını təbrik edib. dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə Qətərin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və Qətər arasında ortaq dini-mədəni dəyərlərə, qardaşlıq və İslam həmrəyliyinə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Dövlət başçısı qarşılıqlı etimad və dəstək üzərində qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Əmirə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, qardaş Qətər xalqına isə sülh və firavanlıq arzulayıb.
Qətərin aparıcı nəqliyyat operatoru Movasalat (Karva) ölkədə ilk RoboTaxi xidmətinin istifadəyə verildiyini elan edib. Bu layihə Qətər Nəqliyyat Nazirliyinin nəzarəti altında həyata keçirilir və ölkənin Milli Strategiyası – Vision 2030 çərçivəsində ağıllı, davamlı və texnoloji yönümlü nəqliyyat həllərinin inkişafında mühüm mərhələdir. Yeni RoboTaxi xidməti sərnişin daşımalarında təhlükəsizliyi, rahatlığı və səmərəliliyi artırmaq məqsədilə müasir avtonom sürücülük texnologiyalarından istifadə edərək yeni dövrü açır.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 68,6 faiz azalaraq, 8 milyon 194 min 81 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq,749 min 29 dollara çatdırıb.