#Türkmənistan

“Balkan” gəmiqayırma və təmir zavodunda inşa edilən “Gadamlı” adlı ilk quru yük gəmisi rəsmi mərasimdən sonra ilk səfərinə yola salınıb. Bildirilib ki, “Gadamlı” beynəlxalq standartlara uyğun şəkildə inşa olunub. Gəminin yükdaşıma qabiliyyəti 6 min 100 ton təşkil edir. Müasir naviqasiya və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunan gəmidə 14 nəfərlik peşəkar heyət xidmət göstərir.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tərəflər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini vurğulayıblar.

Türkiyənin turizm potensialının tanıdılması məqsədilə Aşqabadda xüsusi tədbir təşkil olunub. Məlumata əsasən, hər il 15–22 aprel tarixlərini əhatə edən bu həftə turizm sahəsinin iqtisadi, sosial və mədəni əhəmiyyətini artırmaq məqsədi daşıyır. Tədbir Türkiyənin səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Turizmin Təşviqi və Tanıdılması Agentliyi tərəfindən təşkil olunub.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistana səfəri çərçivəsində bu ölkənin təhsil nazirinin müavinləri ilə görüşüb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, görüş zamanı müasir texnologiyaların, eləcə də süni intellektin təhsildə tətbiqinin gücləndirilməsinə dair müzakirələrə xüsusi önəm verib.

Səfər çərçivəsində nazir müavini Türkmənistanın təhsil naziri Cumamırat Qurbangeldiyevin dəvəti əsasında Məhtimqulu adına Türkmən Dövlət Universitetində məktəblilər üçün təşkil edilmiş 3-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının açılış mərasimində iştirak edib. Olimpiada çərçivəsində Firudin Qurbanov şagirdlərin nümayiş etdirdiyi lövhələrə və guşələrə baxış keçirib.

Gürcüstan Türkmənistandan neft idxalını genişləndirmək və emal imkanlarını artırmaq istiqamətində yeni mərhələyə qədəm qoyur. Şirkətin rəhbərliyi yaxın aylarda Türkmən neftinin tədarükü ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlayıb. Azərbaycan ərazisi üzərindən keçən logistika marşrutlarının koordinasiyası artıq yekun mərhələdədir və yaxın vaxtlarda müntəzəm daşımaların başlanacağı gözlənilir.