Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    10 May 2026 10:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Azərbaycanın Türkmənistandakı Səfirliyi tərəfindən Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan-Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri” mövzusunda tədbir keçirilib.

    VOA-ya bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

    Tədbir iştirakçıları əvvəl İnstitutun foyesində Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunu, eləcə də Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən foto sərgi ilə tanış olublar.

    Daha sonra təhsil müəssisəsinin akt zalında Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunmuş və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx nümayiş etdirilib.

    Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov tədbir çərçivəsində “Azərbaycan–Türkmənistan: Qardaşlıq və Strateji Əməkdaşlıq münasibətləri” mövzusunda mühazirə ilə çıxış edib.

    Səfir çıxışında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursuna, həmçinin Azərbaycan–Türkmənistan münasibətlərinin tarixi və strateji əsaslarına xüsusi diqqət yetirib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda region ölkələri ilə, xüsusilə ortaq tarixi və mənəvi dəyərləri bölüşən qardaş dövlətlərlə münasibətlər mühüm strateji əhəmiyyət daşıyırdı. Bu baxımdan qardaş Türkmənistanla əlaqələr həmin siyasi xəttin əsas istiqamətlərindən birini təşkil etmişdir. Heydər Əliyev Xəzər regionunu əməkdaşlıq və sabitlik məkanı kimi dəyərləndirir, dövlətlərarası etimadı əsas şərt hesab edirdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında formalaşmış, siyasi dialoqun möhkəm təməli qoyulmuş və strateji əməkdaşlıq üçün dayanıqlı zəmin yaradılmışdır. Bu gün mövcud yüksək səviyyəli əlaqələr həmin siyasi kursun davamı kimi inkişaf edir.

    Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq nəticəsində 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə” iki ölkə arasında münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmiş, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün mühüm platforma yaratmışdır. Bu sənədin imzalanmasından sonra Azərbaycan–Türkmənistan münasibətləri ardıcıl şəkildə inkişaf etmiş, xüsusilə son illərdə iki ölkə prezidentləri İlham Əliyev və Sərdar Berdiməhəmmədovun siyasi iradəsi nəticəsində daha da dərinləşərək, yeni inkişaf mərhələsinə yüksəlib.
    Qismət Gözəlov çıxışında 2025-ci ildə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana və Qurbanqulu Berdiməhəmmədovun Bakı, Qarabağ və Qəbələyə səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, qeyd olunub ki, 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Türk dünyasında əməkdaşlığın daha da güclənməsinə xidmət edib. Səfir eyni zamanda, ölklərimiz arasında iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndiyini, xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizi və enerji layihələrinin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

    Bununla yanaşı, çıxışda Azərbaycan–Türkmənistan münasibətlərinin elm, təhsil və mədəniyyət sahələrində də dinamik inkişaf etdiyi, qarşılıqlı mədəniyyət günləri, universitetlərarası, o cümlədən Azərbaycanın ADA Universiteti ilə Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlıq və birgə layihələrin xalqlar arasında əlaqələri daha da möhkəmləndirdiyi qeyd olunub. Elm və təhsil sahəsində əməkdaşlıq çərçivəsində, eyni zamanda, “Study in Azerbaijan” proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xüsusi təqaüd proqramının Türkmənistan vətəndaşlarına Azərbaycanda tam maliyyələşdirilən təhsil almaq imkanı yaratdığı vurğulanıb.

    Mühazirə sual-cavab sessiyası ilə davam etmiş, tələbələrin sualları cavablandırılıb.

    Tədbirdə İnstitutun prorektoru Qayqısız Dövletov, professor-müəllim heyəti, tələbələr, media nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.

    Sonda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə tərcümə olunmuş (“Ebedilik dessany”) nəşri tələbələrə təqdim edilib.

    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    #Türk Dövlətləri Təşkilatı #Türkmənistan #Heydər Əliyev #Qurbanqulu Berdiməhəmmədov #Azərbaycan diplomatiyası #Azərbaycan Səfirliyi #Azərbaycan Türkmənistan münasibətləri #Trans-Xəzər dəhlizi #Aşqabad tədbiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Azərbaycan sərhəd mühafizəsinin yaradılmasından 107 il ötür

    18 Avqust 2026 10:32

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Direktivin əsas məqsədi nədir?

    20 İyul 2026 11:21

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    13 İyul 2026 15:44

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib

    8 İyul 2026 21:34

    Türk dövlətlərində mediasiya: Ortaq hüquqi dəyərlər və gələcək perspektivlər

    6 İyul 2026 16:39
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.