Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycanla Türkmənistan arasında nəqliyyat və telekommunikasiya məsələləri müzakirə edilib

    29 Aprel 2026 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycanla Türkmənistan arasında nəqliyyat və telekommunikasiya məsələləri müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.

    VOA xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

    Tərəflər Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, iki ölkə rəhbərlərinin siyasi iradəsi nəticəsində əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini vurğulayıblar.

    Görüşdə ölkələrimiz arasında nəqliyyat, eləcə də tranzit, logistika, rəqəmsal inkişaf və telekommunikasiya sahələrində mövcud vəziyyət və perspektivlərinə diqqət yetirilib.

    İki ölkənin əlverişli coğrafi mövqeyinin və regionda artan tranzit potensialının nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün mühüm imkanlar yaratdığı qeyd olunub.

    Həmçinin, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində rəqəmsal inkişaf, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat-logistika və tranzit əlaqələrinin gücləndirilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə qeyd olunan sahələrdə praktiki əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

    Azərbaycanla Türkmənistan arasında nəqliyyat və telekommunikasiya məsələləri müzakirə edilib
    Azərbaycanla Türkmənistan arasında nəqliyyat və telekommunikasiya məsələləri müzakirə edilib
    #Türkmənistan #Azərbaycanın Türkmənistandakı Səfirliyi #Qismət Gözəlov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MDB İqtisadi Şurasının növbəti iclası Aşqabadda keçiriləcək

    29 Avqust 2026 14:46

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq genişlənir

    14 İyul 2026 11:41

    Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

    9 İyul 2026 20:49

    Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib

    8 İyul 2026 21:34

    Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığımızın növbəti nümunəsidir - Anar Quliyev

    23 İyun 2026 12:27

    Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    22 İyun 2026 21:34

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

    22 İyun 2026 09:58

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    6 İyun 2026 12:24

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51
    XƏBƏR LENTİ

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.