Dünyada iş mühitində psixoloji və sosial risklər ciddi qlobal sağlamlıq probleminə çevrilib. Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayımlanan son hesabatda iş yerində stress, uzun iş saatları və psixoloji təzyiqlərin hər il təxminən 840 min insanın ölümünə səbəb olduğu bildirilib.
#iş yerində stress
2025-ci ildə əmək bazarında “səssiz istefa” anlayışını yeni və daha dərin bir proses - “səssiz çatlama” (quiet cracking) əvəzləməyə başlayıb. CNBC-nin yayımladığı və bulud əsaslı təlim platforması TalentLMS tərəfindən hazırlanmış son hesabatda bu tendensiya əmək bazarı üçün ciddi xəbərdarlıq kimi təqdim olunub. Hesabata əsasən, “səssiz çatlama” ilkin mərhələdə açıq performans itkisi yaratmasa da, uzunmüddətli perspektivdə həm təşkilatların səmərəliliyini, həm də institusional dayanıqlığını zəiflədir.