#Ankara

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn Şeyx ilə paytaxt Ankarada bir araya gəlib. Görüşdə regional vəziyyət, Fələstin məsələsi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu ehtimal edilir.

Türkiyə Daxili İşlər Nazirliyi ölkə daxilində terrorla mübarizə tədbirləri çərçivəsində İŞİD (DEAŞ) terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb. Türkiyə Daxili Qoşunların Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə 24 vilayətdə eyni vaxtda həyata keçirilən reydlər nəticəsində ümumilikdə 88 şübhəli şəxs saxlanılıb.

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Qətər Silahlı Qüvvələrinin helikopter qəzasında şəhid olanların nəşlərini Türkiyəyə gətirən Qətər heyətini qəbul edib. Qətər heyəti də şəhid olan Sinan Taştekin, ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can üçün Allahdan rəhmət, Türk xalqına isə başsağlığı və səbr arzulayıb.

Türkiyənin xarici işlər naziri Hakan Ankara paytaxt Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə mühüm görüş keçirib. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Xarici İşlər Nazirliyində baş tutan bu görüşdə əsas diqqət Yaxın Şərqdə alovlanan müharibə, Ukrayna böhranı və qlobal təhlükəsizlik təhdidlərinə yönəlib. Nazir Fidan BMT-nin regionda sülhün bərpası və humanitar yardımların çatdırılması istiqamətindəki rolunun vacibliyini vurğulayaraq, Türkiyənin bu proseslərdə aktiv dəstəyini ifadə edib.

Türkiyənin Ankara şəhərinin Haymana rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Bildirilib ki, zəlzələ yerin təxminən 8,13 kilometr dərinliyində baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində can və mal itkisi barədə məlumat yoxdur.

Açıqlamada vurğulanıb ki, Türkiyə dövləti qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hər zaman hörmət göstərir. Eyni zamanda qeyd edilib ki, sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə böhran vəziyyəti olub-olmamasından asılı olmayaraq 7 gün 24 saat prinsipi əsasında zəruri tədbirlər həyata keçirilir.

Türkiyənin Ticarət naziri Ömər Bolat Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə ikitərəfli görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzusu iki ölkə arasında 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar olub. Tərəflər ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud əməkdaşlığın davamlılığının gücləndirilməsi məsələlərində razılıq əldə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı mümkün hərbi eskalasiyanın region üçün ciddi risklər yaradacağını bildirib. Türkiyə lideri qeyd edib ki, son olaraq İran Prezidenti ilə görüş keçirib, növbəti gün isə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. Bu təmaslarda regional gərginliyin azaldılması və mümkün diplomatik yol xəritəsi müzakirə olunub.

Türkiyə Xarici İşlər Nazirliyi 12 fevral 2026-cı il tarixində Banqladeşdə keçirilən Milli Məclisə seçkilər və konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gərginlik olmadan, dinc şəraitdə başa çatmasından məmnunluğunu ifadə edib. Rəsmi Ankara bu demokratik prosesin ölkənin gələcək inkişafı üçün mühüm addım olduğunu vurğulayıb.

9 fevral 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun dəstəyi ilə təşkil olunan “Türk Dünyası Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”na start verilib.