Livanın cənubunda İsrailin Qanduriya və Yohmor əl-Şaqif qəsəbələrinə hücum etdiyi bildirilir. Eyni zamanda Hizbullah İsrail ordusuna məxsus hərbi obyektlərə, o cümlədən “Dəmir Qübbə” sisteminə və hərbi komanda məntəqələrinə zərbələr endirdiyini iddia edib. Hadisələrlə bağlı İsrail tərəfi hələlik əlavə təfərrüatlar açıqlamayıb.
#Dəmir Qübbə
İsrailin dövlətə məxsus “Rafael Advanced Defense Systems” şirkəti “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin “HƏMAS” və “Hizbullah” tərəfindən atılan raketlərə qarşı təxminən 99 faiz effektivlik göstərdiyini açıqlayıb. Şirkət rəsmiləri 2023-cü ilin oktyabrından bəri İsrail ərazisinə on minlərlə raket atıldığını və onların böyük əksəriyyətinin zərərsizləşdirildiyini bildiriblər.
İrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin fəaliyyətini 2015–2016-cı illərdə müvəqqəti olaraq iflic edən kiberhücumun arxasında dayandığı iddia edilən fələstinli proqramçı Omar Z.M.A.-nın İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən oğurlanmasına dair aparılan istintaq tamamlanıb.
Haluk Görgün, prezident Ərdoğanın sədrliyi ilə keçirilmiş son Müdafiə Sənayesi İcraiyyə Komitəsində qəbul edilən qərarların müdafiə sənayesində yeni dövr başladacağını bildirib.
İsrail və İran arasında davam edən silahlı qarşıdurma fonunda İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin effektivliyinin ciddi şəkildə azaldığı bildirilib.