#İŞİD

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 15 şübhəlinin terror təşkilatı ilə əlaqəli olduqları və xarici münaqişə bölgələri ilə irtibatlarının olduğu müəyyən edilib.

Küveyt Daxili İşlər Nazirliyi ölkədə məscidlər və ibadət yerlərinə yönəlmiş partlayıcı-təxribat əməliyyatı hazırlayan bir əcnəbi mənşəli sakin (müvəqqəti yaşayan) saxlandığını açıqlayıb. Nazirliyin bazar ertəsi gecə yaydığı bəyanatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı əməliyyat çərçivəsində planı ifşa edib. «Ölkənin təhlükəsizliyini qorumaq və sabitliyini təmin etmək məqsədilə aparılan intensiv qabaqlayıcı tədbirlər nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti dini məkanlara hücum etmək niyyətində olan qadağan olunmuş təşkilata mənsub əcnəbi mənşəli bir sakini həbs edə bilib. Araşdırmalar zamanı onun partlayıcı qurğular hazırlamaq üçün istifadə olunan bir sıra texniki avadanlıq və materiallar, eləcə də onların hazırlanma və istifadə üsulları yaşayış yerində aşkar edilib» -nazirliyin bəyanatında deyilir.

İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər. Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.

ABŞ-ın hazırkı və sabiq rəsmiləri bildiriblər ki, prezident Donald Trampın Əfqanıstandakı Baqram hava bazasını yenidən nəzarətə götürmək istəyinə reallaşdırmaq üçün nəticədə ölkənin yenidən işğalı kimi genişmiqyaslı əməliyyat lazım ola bilər; bu, on minlərlə əsgərin göndərilməsini və qabaqcıl hava müdafiə sistemlərinin yerləşdirilməsini tələb edə bilər.

Türkiyə jandarması tərəfindən son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda, maliyyələşdirməkdə və təbliğat aparmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.

Türkiyənin Qaziantep vilayətində Əl-Qaidə və İŞİD terror təşkilatlarının təbliğatını aparmaq və İŞİD-ə üzv olmaq ittihamı ilə saxlanılan 10 şübhəlidən 7-si həbs edilib. Bu barədə Qaziantep Valiliyi məlumat yayıb. Məlumata görə, Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları Baş Prokurorluqla koordinasiyalı şəkildə şəhərdə müəyyən edilən ünvanlara əməliyyat keçirib. Əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Türkiyənin 38 şəhərində son bir həftə ərzində aparılan əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan və təşkilata maliyyə dəstəyi göstərdiyi müəyyən edilən 161 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında açıqlama yayaraq, əməliyyatların detallarını ictimaiyyətlə bölüşüb.

İstanbul Başprokurorluğunun rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD silahlı terror təşkilatı ilə əlaqəli 19 nəfər saxlanılıb. Eyni zamanda, İŞİD tərəfdarları ilə əlaqədə olan, təşkilata dəstək xarakterli sosial media paylaşımları edən, təbliğat fəaliyyətlərində iştirak edən və gizli rabitə tətbiqlərindən istifadə etdiyi müəyyən edilən 9 nəfər də aşkarlanıb.

İstanbul Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində, İŞİD-in fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat keçirilib. Əməliyyatda İnterpolun qırmızı bülletenlə axtardığı və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən şəxslər də daxil olmaqla 9 şübhəli saxlanılıb. X platformasında yayılan məlumatlar, əməliyyatın Türkiyənin terrorla mübarizədə qətiyyətli addımlarını göstərdiyini vurğulayır. Qeyd edək ki, saxlanılan şəxslər arasında İŞİD-ə üzv olmaq, təşkilatın təbliğatını aparmaq və potensial hücumlar planlaşdırmaqda şübhəli bilinənlər var. Qalan 6 şübhəlinin saxlanılması üçün işlər davam etdirilir.