#Misir

Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Kömək Mərkəzi (KSrelief) tərəfindən hazırlanan yeni humanitar yardım karvanı çərşənbə günü Rafah sərhəd keçidindən Qəzza zolağına daxil olub. Karvanda böyük miqdarda ərzaq sovqatları yerləşdirilib və onlar Qəzza zolağının cənub-şərq hissəsinə çatdırılacaq. Yardımın çatdırılması Misir Qırmızı Aypara Cəmiyyəti ilə koordinasiya edilir və Səudiyyə xalq kampaniyasının bir hissəsi olaraq Fələstin xalqına dəstək məqsədi daşıyır. Bu yardım həmçinin Qəzza zolağının cənubundakı Al-Qarara və Al-Mawasi bölgələrində Səudiyyə düşərgələrinin qurulması ilə eyni vaxtda həyata keçirilir. Düşərgələr məcburi köçkünlər üçün sığınacaq və qış mövsümü üçün humanitar dəstək təmin edəcək.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq, 577 milyon 429 min 95 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azalaraq, 48 milyon 542 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 29 milyard 318 milyon 24 min dollara bərabər olub.

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

19 dekabr 2025-ci ildə Miami şəhərində Türkiyə, ABŞ, Qətər və Misirin nümayəndələrinin iştirakı ilə Qəzza üzrə dördlü toplantı keçirilib. Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan təmsil edib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, görüşdə Qəzza sülh planının birinci mərhələsi qiymətləndirilib. Birinci mərhələdə əldə olunan atəşkəsin bəzi pozuntulara baxmayaraq davam etdiyi, rehinələrin azad olunma prosesinin başa çatdığı və qarşıdurmaların böyük ölçüdə dayandırıldığı vurğulanıb.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 257 milyon 250 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq,25 milyon 276 min 7 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 37 milyard 764 milyon 784 min dollara bərabər olub.

İsrail və Misir arasında uzun müddətdir müzakirə olunan təbii qaz ixracı sazişi rəsmi şəkildə imzalanıb. İsrail Baş naziri Benyamin Netanyahu bu sazişi ölkə tarixindəki “ən böyük təbii qaz ixracı sazişi” adlandırıb. Sazişin ümumi dəyəri təxminən 112 milyard İsrail şekeli (təxminən 34–35 milyard ABŞ dolları) olaraq açıqlanıb və bu məbləğin təxminən yarısının birbaşa İsrail dövlət gəlirlərinə töhfə verməsi gözlənilir. Saziş çərçivəsində Leviathan dəniz qaz yatağından çıxarılan qazın 2040-cı ilə qədər Misirə tədarük olunması planlaşdırılır. Son illərdə Misirin təbii qaz istehsalı azalaraq ölkənin artan daxili tələbatını ödəmək üçün milyardlarla dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal etməsinə səbəb olmuşdu. İsraildən gələcək qazın Misirin daxili tələbatını dəstəkləyəcəyi və LNG ixrac imkanlarını artıracağı gözlənilir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyon 227 min 94 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 3 min 62 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azalaraq, 387 milyon 576 min 42 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 43 milyon 358 min 11 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.

Təxminən min 300 ton humanitar yardım daşıyan gəmi, Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən Qəzzaya çatdırılmaq məqsədilə Mersin limanından yola çıxıb. Humanitar yardımın Misirin El Arish Limanına çatması gözlənilir. Orada yüklər boşaldılacaq və sonrakı mərhələdə Qəzzaya çatdırılacaq. Yükün əsas hissəsini qida məhsulları, gigiyena ləvazimatları, geyim və yorğanlar təşkil edir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Misirə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz artaraq, 12 milyon 630 min 60 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,7 faiz artaraq,1 milyon 433 min 59 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.