#Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, liderlər regiondakı mövcud vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər. Məsud Pezeşkiyan ölkəsindəki daxili vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə rusiyalı həmkarına məlumat verib. Tərəflər bölgədəki problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi barədə həmrəy olduqlarını vurğulayıblar.

2026-cı il yanvarın 7-də ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən “Marinera” adlı neft tankerini ələ keçirməsi sadəcə diplomatik qalmaqal deyil. Bu hadisə beynəlxalq nizamın yeni mərhələyə keçdiyini, burada hüquqla güc arasında tarazlığın pozulduğunu və İkinci Dünya müharibəsindən bəri ilk dəfə qlobal dəniz hüququnun sınağa çəkildiyini göstərir. Bir baxışda bu, sanki hüquqi səlahiyyətlərlə sanksiya siyasəti arasındakı ziddiyyət təsiri bağışlayır. Amma əslində söhbət ABŞ hegemonluğunun sərhədlərinin yoxlanılmasından, Rusiyanın isə öz bayrağını yalnız rəmzi deyil, həm də institusional səviyyədə qorumaq gücündən gedir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara­nın Rusiya və Ukrayna liderləri ilə birbaşa dialoq qurmaq imkanına malik olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa ünsiyyət qura bilən nadir aktorlardan biridir. Ərdoğan bu mövqeyini hər iki liderə dəfələrlə açıq şəkildə çatdırdığını vurğulayıb. Türkiyə lideri eyni zamanda yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla Ukrayna münaqişəsinin nizamlanması üzrə planı müzakirə etməyi planlaşdırdığını bildirib.

1999-cu ilin 31 dekabrında Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin səkkiz illik hakimiyyətdən sonra istefa verdi. Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri həmin vaxtın baş naziri, keçmiş xüsusi xidmət əməkdaşı Vladimir Putinə keçdi. O, qısa müddətdə Rusiya siyasətinin əsas fiquruna çevriləcək və XXI əsrdə qlobal proseslərdə böyük rol oynayacaqdı.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında görüş başlayıb. Görüşdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürülən 20 maddəlik sülh planının müzakirə olunacağı bildirilir. Məlumata görə, görüşdən sonra tərəflərin Avropa liderləri ilə telefon danışıqları aparması da nəzərdə tutulub. Qeyd edək ki, bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.

Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani Rusiyanın uzun illər dəstək verdiyi Bəşşar Əsəd rejimini niyə tərk etdiyini ilk dəfə bütün detalları ilə açıqlayıb. Şeybaninin açıqlamasına görə, rejimə qarşı mübarizənin intensivləşdiyi dövrdə Suriya tərəfi Rusiyanın yüksək səviyyəli nümayəndəsi ilə görüşlərə başlayıb. Şeybani bu şəxsin sanki Vladimir Putinlə birbaşa danışırmış kimi təsir yaratdığını bildirib.

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RФПİ) baş icraçı direktoru Kirill Dmitriev ABŞ-a getdiyini açıqlayıb. Bundan əvvəl xəbər verilmişdi ki, Tramp Ukraynadakı konfliktin nizamlanması üzrə danışıqların növbəti mərhələsini elan edib. ABŞ Prezidenti qısa müddət üçün Floridaya gedəcəyini və “çoxsaylı görüşlərin planlaşdırıldığını” qeyd edib.

Qərb müşahidəçiləri çox vaxt Rusiya siyasi elitasına elə keyfiyyətlər aid edirlər ki, bu təbəqə nə onlara malikdir, nə də onları səmimi şəkildə hədəfləyib. “Müqəddəs Pravoslav imperiyası”, “ənənəvi konservatizm”, “Avrasiyaçılıq” və ya hətta “dördüncü siyasi nəzəriyyə” kimi təqdim edilən pafoslu ideoloji doktrinalar əslində sadəcə ideoloji maskadır - diqqəti yayındırmaq üçün yaradılmış tüstü pərdəsi.

İran Prezidenti Məsud Pezeşkian, son dövrlərdə Qazaxıstan və Türkmənistana etdiyi səfərlərin müsbət və konstruktiv nəticələr verdiyini və bu səfərlərin İslam Respublikasının qonşu ölkələrlə əlaqələri gücləndirmək siyasətini möhkəmləndirdiyini bildirib. Cümə axşamı gecəsi Tehrana qayıtdıqdan sonra çıxış edən Pezeşkian, İranın regional əlaqələri gücləndirməyə olan sadiqliyini bir daha vurğulayaraq, səfər zamanı keçirilən görüşlər və danışıqların müxtəlif sahələrdə qiymətli razılaşmalarla nəticələndiyini qeyd edib.