#Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin martın 27-də — Teatr Günü münasibətilə Dərbənddə yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının açılışını edəcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Açılış mərasimi videokonfrans formatında keçiriləcək. Peskovun sözlərinə görə, bu tarixi teatrın kökləri XIX əsrə gedib çıxır. Vaxtilə Dərbənddə Azərbaycan ziyalıları tərəfindən yaradılmış türk dərnəyi sonradan Azərbaycan teatrına çevrilib.

Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə İran rəhbərliyini təbrik edərək Moskvanın Tehran üçün “sadiq dost və etibarlı tərəfdaş” olaraq qalacağını bildirib. Putin Rusiyanın İranla münasibətlərə önəm verdiyini və əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı qərar Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin başlanğıcına çevrildi. Kreml sürətli qələbə və Kiyevdə hakimiyyət dəyişikliyi planlaşdırırdı, lakin dörd il sonra müharibə uzanan, tükəndirici və yüksək maliyyətli qarşıdurma mərhələsinə keçib. Müharibənin ilk saatlarında Rusiya Ukrayna ərazisinə raket zərbələri endirdi, hava limanları və hərbi obyektlər hədəfə alındı. Sərhədə toplanmış qoşun birləşmələri paytaxt Kiyev istiqamətində irəlilədi və hətta şəhərin 15 kilometrliyinə qədər yaxınlaşdı. Lakin planlaşdırılan sürətli çöküş baş vermədi. Ukrayna rəhbərliyi geri çəkilmədi, əksinə, müqavimət təşkil etdi.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğunu və Moskvanın bu addımları qəbul etməyəcəyini bəyan edib. Vladimir Putin Moskvada Bruno Rodriguez ilə görüşündə ABŞ-ın yeni məhdudiyyətlərini şərh edərək bildirib ki, Rusiya Kubanın müstəqillik və öz inkişaf yolunu seçmək hüququnu daim dəstəkləyib.

Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Moskvaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahyanı Kreml Sarayında rəsmi mərasimlə qarşılayıb. Rəsmi qarşılama mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, liderlər nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək. Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əş-Şəraanın Moskvada görüşəcəyi rəsmən açıqlanıb. Açıqlamaya əsasən, görüş zamanı regiondakı siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin də gündəmdə olacağı qeyd olunub. Putin və Şəraa bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Həmin səfər Bəşşar Əsəd rejiminin 2024-cü ilin sonunda sona çatmasından sonra Əhməd Şəraanın Suriya Prezidenti kimi Rusiyaya etdiyi ilk rəsmi səfər idi.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff 22 yanvar tarixində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək. Uitkoff bildirib ki, o, Rusiyaya səfərini ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə birlikdə həyata keçirəcək. Görüşün detalları açıqlanmasa da, tərəflər arasında müzakirələrin qapalı formatda aparılacağı gözlənilir.