#TUSAŞ

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Gürcüstanda baş verən və 20 türk hərbçisinin şəhid olması ilə nəticələnən C-130 tipli hərbi təyyarə qəzasına dair aparılan araşdırmaların son vəziyyəti barədə məlumat verib. Nazir qara qutunun hazırda TUSAŞ tərəfindən araşdırıldığını və ilkin nəticələrin əldə olunmasının ən azı iki ay çəkəcəyini açıqlayıb.

İspaniya hökuməti, Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasına rəsmi olaraq razılıq verib. Qərar, İspaniya Nazirlər Şurasının 28 oktyabr tarixli iclasında təsdiqlənib. "Nazirlər Şurası, mövcud AE.09 (F-5) təyyarələrinin yerinə döyüş və hücum təyyarələri üçün Enteqrə Təlim Sistemi (ITS-C) alınmasını, dəyəri təxminən 3 milyard 120 milyon avro olan müqavilə çərçivəsində təsdiqləyib." - deyə bəyanatda qeyd edilib.

ABŞ-ın nüfuzlu nəşri Newsweek, Türkiyənin yerli istehsal KAAN döyüş təyyarəsinin Cənub yarımkürəsində F-35-lə silah bazarında rəqabət aparmaq potensialına malik olduğunu yazıb. Nəşr bildirib ki, Türkiyə KAAN-ı daha əlçatan bir alternativ kimi mövqeləndirir və bu, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatların diqqətini cəlb edir.