#sel

Türkiyədə son illərdə baş verən təbii fəlakətlərin statistikası ölkədə xüsusilə meşə yanğınları, daşqınlar və torpaq sürüşmələrinin ciddi risk olaraq qaldığını göstərir. Məlumatlar Fəlakətlərin İdarə Olunması və Qərarların Dəstəklənməsi Sistemi (AYDES) əsasında hazırlanıb. 2024-cü ildə Türkiyədə ümumilikdə minlərlə təbii fəlakət hadisəsi qeydə alınıb. Ən çox rast gəlinən hadisə meşə yanğınları olub. İl ərzində 5 321 meşə yanğını baş verib. Bundan başqa, 1 818 daşqın və sel, 332 torpaq sürüşməsi, 194 zəlzələ, 83 qar uçqunu və güclü qar yağıntısı, həmçinin 19 mədən qəzası qeydə alınıb.

Suriyanın şimal-qərb bölgəsində baş verən güclü daşqınlar insan tələfatı və ciddi fəsadlarla nəticələnib. Dövlət mediasının bazar günü verdiyi məlumata görə, təbii fəlakət iki uşağın və Suriya Qızıl Aypara Cəmiyyətinin bir könüllüsünün həyatına son qoyub. İdlib və Latakiya vilayətlərində təsirli olan leysan yağışları, xüsusilə məcburi köçkünlərin məskunlaşdığı düşərgələrdə vəziyyəti ağırlaşdırıb.

Taylandın cənub bölgələrində güclü yağışların törətdiyi sel fəlakətində ölənlərin sayı 145-ə yüksəlib. Bu barədə hökumət sözçüsü Siripong Angkasakulkiat məlumat verib. Angkasakulkiatın sözlərinə görə, ölənlərin 100-dən çoxu Songkhla əyalətində qeydə alınıb. O bildirib ki, sel sularının çəkilməsi davam edir və axtarış-xilasetmə qrupları daha çox bölgəyə daxil ola bilir. Taylandın Təbii Fəlakətlərlə Mübarizə və İdarəetmə Departamenti ölkənin cənubundakı 12 əyalətdə təxminən 1,2 milyon ev təsərrüfatının və 3,6 milyon nəfərin sel fəlakətindən təsirləndiyini açıqlayıb.

Filippində Sakit okeandan gələn “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 204 nəfərə yüksəlib. Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfunun yol açdığı dağıntılar və qəzalarla bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, ölkə daxilində “Tino” adlandırılan “Kalmaegi” tayfunu nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb.

Filippində Sakit okeandan gələn “Kalmaegi” tayfununun səbəb olduğu güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 114 nəfərə yüksəlib. Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) tayfunun yol açdığı dağıntılar və qəzalarla bağlı açıqlama yayıb.

Vyetnamın orta bölgələrində son günlər təsirini artıran şiddətli yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub. Yerli hakimiyyət orqanları bildirir ki, bu fəlakətlər nəticəsində ölənlərin sayı 36-ya çatıb. Rəsmi məlumatlara görə, 5 nəfər hələ də itkindir, 60 nəfər isə müxtəlif dərəcələrdə xəsarət alıb. Sel və torpaq sürüşmələri səbəbindən 120 mindən çox ev su altında qalıb, bəzi yollar hələ də nəqliyyat üçün bağlıdır.

Haitinin cənubunda Melissa qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində La Digue çayının daşması fəlakətə yol açıb. Nəticədə azı 25 nəfər həyatını itirib. Petit-Goave adlı sahil qəsəbəsinin meri Jan Bertrand Subreme, çayın daşması nəticəsində çox sayda evin su altında qaldığını və onlarla insanın enkaz altında qaldığını bildirib. O, hökumətə xilasetmə əməliyyatları üçün təcili yardım çağırışı edib.

Meksikada ötən həftədən bu yana təsirli olan Priscilla və Raymond tropik fırtınalarının səbəb olduğu güclü yağışlar nəticəsində baş verən sel fəlakətində həlak olanların sayı 72-yə, itkin düşənlərin sayı isə 48-ə çatıb. Meksika mətbuatının məlumatına görə, təbii fəlakət beş ştatda ciddi dağıntılara və insan tələfatına səbəb olub. Ən çox zərər görən bölgələr arasında Veracruz, Puebla və Hidalgo ştatları yer alır. Bu ərazilərə 21 helikopter göndərilib və əlavə xilasedici qüvvələr cəlb olunub.

Filippinlərdə təsirli olan musson yağışları və Ragasa ilə Mitag (Mirasol) tayfunları səbəbindən ölkə üzrə 100 mindən çox insan mənfi təsirlənib. Ölkənin müxtəlif bölgələrində 28 mindən artıq ailə fəlakətdən zərər çəkib və çox sayda insan təhlükəsiz ərazilərə təxliyə olunub. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasının (NDRRMC) açıqlamasına görə, 187 ailə təxliyə mərkəzlərinə yerləşdirilib, əlavə 173 ailə isə müvəqqəti olaraq başqa yerlərdə qalır. Olumsuz hava şəraiti nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.

Hindistanda leysan yağışlar fəlakətlərə səbəb olub, 21 nəfər ölüb. Maharaştra ştatında 5 gün ərzində yağan güclü leysan yağışlar daşqın və torpaq sürüşmələrinə yol açıb, nəticədə 21 nəfər həyatını itirib. Mumbayda isə yağışlar səbəbindən 400–500 nəfər təxliyə edilib. Qeyd edək ki, Cənubi Asiyaya iyun-sentyabr aylarında təsir edən musson yağışları hər il Hindistanda genişmiqyaslı fəlakətlər və itkilərlə nəticələnir.