Birləşmiş Ərəb Əmirlikləri Suriyanın paytaxtı Dəməşqdə bir kafedə törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror partlayışını ən kəskin şəkildə pisləyib. Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında BƏƏ-nin bu terror aktlarını qətiyyətlə pislədiyi, təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş zorakılıq və terrorizmin bütün formalarını birmənalı şəkildə rədd etdiyi bir daha təsdiqlənib.
#terror aktı
Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumlarından sonra Türkiyənin səksən bir vilayətində həyata keçirilən kiber patrul fəaliyyəti nəticəsində ələ keçirilən şübhəlilərdən yüz yetmiş nəfəri məhkəmə qərarı ilə həbs olunub. Türkiyə Daxili İşlər Nazirliyindən alınan məlumata görə Polis Baş İdarəsi və Daxili Qoşunlar Baş Komandanlığına bağlı kiber cinayətkarlıqla mübarizə bölmələri sosial mediada xalqı kin və düşmənçiliyə sövq edən həmçinin dezenformasiya yayan hesablara qarşı genişmiqyaslı əməliyyatlar keçirib.
Məlumata əsasən, Kahramanmaraş valisi Mükerrem Ünlüer məktəbdə hələlik səbəbi bilinməyən silahlı hücum baş verdiyini bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralananların olduğu barədə ilkin məlumat daxil olub. Qeyd olunub ki, hüquq-mühafizə orqanları insidentin bütün təfərrüatlarını araşdırır.
İstanbulun Beşiktaş rayonunda, Levent məhəlləsində yerləşən Yapı Kredi Plaza qarşısındakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı genişmiqyaslı istintaq davam edir. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalarda yeni həbslər qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Külliyəsində keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası başa çatıb. Təxminən 3 saat davam edən toplantının yekununda qəbul edilən bəyannamədə Türkiyənin daxili və xarici təhlükəsizlik prioritetləri, habelə regional münaqişələrlə bağlı qəti mövqeyi ifadə olunub.
Türkiyə Daxili işlər naziri Mustafa Çiftçi İstanbulun Beşiktaş rayonundakı polis məntəqəsinə edilən terror hücumu ilə bağlı aparılan istintaq çərçivəsində hücum edənlərlə əlaqəli olduğu düşünülən daha 2 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Mustafa Çiftçi "NSosyal" hesabından etdiyi paylaşımda Beşiktaşdakı "Yapı Kredi Plaza" blokları qarşısında xidmət edən polislərə qarşı törədilən mənfur hücumla bağlı araşdırmaların müvafiq qurumlar tərəfindən çoxşaxəli və titizliklə davam etdirildiyini bildirib.
Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumunu şərh edərkən bildirib. Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və İstanbul sakinlərinə "keçmiş olsun" deyirəm.
Pakistanın Hayber Pahtunhva əyalətinin Bannu bölgəsində polis məntəqəsi partlayıcı yüklü avtomobillə hədəf alınıb.Terror aktı nəticəsində azı 5 nəfər həyatını itirib, biri polis olmaqla 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun gücü nəticəsində polis məntəqəsi və ətrafdakı binalar ciddi ziyan görüb, ərazidə dağıntılar yaranıb.
İsrail Knesseti bazar ertəsi axşam saatlarında 62 naxib (deputat) lehinə, 48 naxib əleyhinə və 1 nəfər bitərəf qalmaqla fələstinli məhbusların edamı qanununu qəbul edib. Qanunun mətninə görə, İsrail hər hansı bir İsrail vətəndaşını öldürən istənilən Fələstin vətəndaşına ölüm hökmü tətbiq edə bilər, lakin bu hökm heç bir halda fələstinlini öldürən israilliyə tətbiq oluna bilməz.
Norveç polisi bildirib ki, bu gün – bazar günü səhər erkən saatlarda ABŞ-ın Oslodakı səfirliyində partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya cüzi ziyan dəyib.
Küveyt Xarici İşlər Nazirliyi bazar günü yaydığı sənədlə "terrorizmlə mübarizə" qaydaları çərçivəsində Livanın səkkiz xəstəxanasını müvafiq siyahıya daxil etdiyini bildirib. Küveyt tərəfinin bu addımı regionda geniş rezonans doğurub. Livanın Səhiyyə Nazirliyi Küveytin bu qərarını "böyük təəccüblə" qarşıladıqlarını bəyan edib. Nazirlik tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, bu məsələ ilə bağlı Küveytin hər hansı bir qurumundan əvvəlcədən heç bir məlumat və ya bildiriş daxil olmayıb. Bildirilib ki, nazirlik məsələyə aydınlıq gətirilməsi üçün rəsmi müraciət edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “İslamabadda məsciddə törədilən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan faciəvi terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.