#terror aktı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi rəsmi açıqlamada MLKP terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar barədə məlumat paylaşıb. İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin koordinasiyası ilə Terrorla Mübarizə və Kəşfiyyat şöbə müdirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, silahlı terror təşkilatının mətbuat və gənclər qanadları vasitəsilə fəaliyyət göstərən şəxslər müəyyən edilərək hədəf alınıb.

Türkiyənin Yalova şəhərində 3 polis əməkdaşının şəhid olduğu silahlı qarşıdurmadan sonra DEAŞ terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində saxlanılan 42 şübhəlidən 26-sı həbs olunub. Dekabrın 29-da saat 03:00 radələrində İsmet Paşa məhəlləsi, Seher küçəsində DEAŞ-a qarşı aparılan əməliyyat zamanı bir evdən açılan atəş nəticəsində polis əməkdaşları İlker Pehlivan (47), Turgut Külünk (50) və Yasin Koçyiğit (49) şəhid olub. Hadisə zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb.

Suriyanın mərkəzində yerləşən Homs vilayətində, Əli Talib məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb, 9 nəfər yaralanıb. Suriya Ərəb Xəbər Agentliyi (SANA) Homsdakı Əli Talib məscidində partlayış baş verdiyini bildirib. Yerli mənbələrin verdiyi məlumata əsasən, partlayış nəticəsində ilkin olaraq 5 nəfər həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə ilə bağlı istintaqa başlanılıb. Partlayışın terror aktı ola biləcəyi ehtimalı araşdırılır.

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Məlumata görə, partlayıcı maddə yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda təhlükəsizlik qüvvələrinin qərargahı hədəf alınıb. Pakistan rəsmiləri ilkin məlumatlara əsasən, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildiriblər.

Türkiyəni terror bəlasından xilas edəcəyik. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada keçirilən 300 mininci Təbii Fəlakət Mənzili Püşkatma mərasimində çıxış edərkən səsləndirib. “Bizim gündəmimizdə yalnız ölkəni terror bəlasından əbədi olaraq xilas etmək var. Bu çərçivədə səbrlə və soyuqqanlılıqla çalışırıq. Məqsədimizə yaxınlaşdıqca hücumlar daha da artır. Bir tərəfdən əsassız xəbərlərlə şəhid və qazi ailələrimizi narahat etməyə cəhd edirlər. Muhtarlıqların bağlanması isə əsla gündəmdə deyil” – deyə, Ərdoğan bildirib.

“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Bunu Türk Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

“Terrorsuz Türkiyə” dövründə qarşımızdakı qızıl fürsət itirilməməli, qardaşlıq ruhu və milli birliyimiz zədələnməməlidir. Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. Bahçeli çıxışında Türk millətinin tarix boyu mədəniyyətin daşıyıcısı olduğunu vurğulayıb və millətin birliyindən narahat olan dairələrin planlarına diqqət çəkib.

Ərdoğan terrordan azad Türkiyə hədəfinə qətiyyətlə irəlilədiklərini vurğulayıb. O, ölkənin heç bir tələ və hiyləyə uymayacağını, birlik və bərabərliyin qorunacağını qeyd edərək, bu yolda qərarlı addımlar atılacağını bildirib. Ərdoğan çıxışında, “Uğur birliyimizdən gəlir. Şəhidlərimizin mirası olan bu vətəni gələcək nəsillər üçün də qoruyub yaşatacağıq,” deyərək, Türkiyənin tarixdə “Türkiyə Əsri” kimi yer alacağına inamını ifadə edib. Prezident həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələsinə çatdıqlarını və bu hədəfə nail olmaq üçün birliyin gücünün əhəmiyyətini vurğulayıb. “Biz parlaq bir Türkiyə quracağıq və heç kimin qurduğu tələlərə düşməyəcəyik,” - deyə əlavə edib.