Dünya ticarət marşrutlarının yenidən bölüşdürülməsinə diqqət yönəldərkən, Azərbaycan addım-addım cənub istiqamətində mövqelərini gücləndirir və Şərqi Aralıq dənizi hövzəsinə çıxış əldə edir. Uzun illər sanksiyaların və təcridin təsiri altında qalan Suriya yenidən beynəlxalq marağın mərkəzinə çevrilir. Dəməşqin regional arxitekturada canlanmaqda olan rolu elə bir dövrə təsadüf edir ki, Bakı ixracın diversifikasiyasına və yeni enerji bazarlarının axtarışına sistemli şəkildə girişib. Beləcə, onilliklərdən sonra ilk dəfə elə bir formul yaranır ki, burada Azərbaycan və Suriya təkcə tərəfdaş deyil, həm də Yaxın Şərqin yeni enerji məntiqinin potensial müəllifləridir.
#Dəməşq
Suriyada milli birliyin təmin olunması təkcə ölkə daxilində deyil, bütün Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün əsas şərtdir.Dəməşq bu istiqamətdə mühüm addımlar atsa da, iqtisadi baxımdan geniş beynəlxalq dəstək və effektiv siyasi vasitəçilik hələ də zəruridir. Xüsusilə, mərkəzi hökumət və yerli idarələr arasında səlahiyyət bölgüsünə dair İraq təcrübəsindən bəhrələnmək vacib sayılır.
Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.
Suriya Prezidenti Əhməd əş-Şəra Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Danışıqlarda regional və beynəlxalq məsələlər, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Şəraa səfər çərçivəsində Rusiyanın Tartusdakı dəniz bazasının və Hmeymimdəki hərbi hava bazasının gələcək statusunu da müzakirə edəcək.
Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Dəməşq yaxınlığındakı yerüstü hədəflərinə hücum edib.
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-da keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşdüyünü açıqlayıb. Zelenski, Telegram hesabında yayımladığı paylaşımda görüş zamanı Ukrayna və Suriyaya yönələn təhlükəsizlik təhdidlərinin, bu təhdidlərə qarşı birgə mübarizə yollarının və iki ölkə arasındakı əməkdaşlığın müzakirə edildiyini bildirib.
İsrailin müdafiə naziri İsrael Katz Suriyanın işğal altında saxlanılan Hermon dağından paylaşım edərək bölgədən geri çəkilməyəcəklərini açıqlayıb. İsrail ordusu, Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hakimiyyətə qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində sərhəd xəttində yerləşən bir sıra bölgələr işğal edilib. Onların arasında hərbi-strateji baxımdan xüsusi əhəmiyyətə malik Hermon dağı da var.
Suriya Prezidenti Əhməd əl-Şəraa, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Nyu-Yorkda görüş keçirib. Bu görüş Suriya ilə Qərb arasında münasibətlərin genişlənməsi və ölkənin beynəlxalq təcriddən çıxışında mühüm addım kimi qiymətləndirilir.
Dəməşq Beynəlxalq Hava Limanına quraşdırılacaq yeni naviqasiya sistemlərinin ilk hissəsinin Türkiyənin dəstəyi ilə Suriyaya təhvil verildiyi bildirilib.Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya Mülki Aviasiya Baş İdarəsinin direktoru Ömər əl-Hasri, Türkiyə tərəfindən təmin edilən ilk naviqasiya cihazları və avadanlıqlarının qəbul edildiyini açıqlayıb.
Şeybaninin Vaşinqtona bu səfəri 25 ildən artıq müddətdən sonra bir Suriya xarici işlər nazirinin ABŞ-a ilk səfəri olacaq. Səfər həm də ABŞ-ın İsrail və Suriya arasında yeni təhlükəsizlik razılaşması əldə etmək üçün vasitəçilik cəhdləri fonunda baş tutur.