Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyədən Suriyanın aviasiya infrastrukturuna texniki dəstək

    20 Sentyabr 2025 21:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədən Suriyanın aviasiya infrastrukturuna texniki dəstək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dəməşq Beynəlxalq Hava Limanına quraşdırılacaq yeni naviqasiya sistemlərinin ilk hissəsinin Türkiyənin dəstəyi ilə Suriyaya təhvil verildiyi bildirilib.

    AzerVoice xəbər verir ki, Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya Mülki Aviasiya Baş İdarəsinin direktoru Ömər əl-Hasri, Türkiyə tərəfindən təmin edilən ilk naviqasiya cihazları və avadanlıqlarının qəbul edildiyini açıqlayıb.

    Əl-Hasri SANA-ya verdiyi açıqlamada bildirib ki, göndəriş çərçivəsində pis hava şəraitində təyyarələrin enişini asanlaşdıran alətli eniş sistemi (ILS) ilə hava nəqliyyatı vasitələrinə istiqamət və məsafə məlumatı verən DVOR/DME sistemləri də yer alır.

    O qeyd edib ki, cihazlar üçün lazım olan infrastruktur işləri tamamlandıqdan sonra bu avadanlıqlar Şam Beynəlxalq Hava Limanında quraşdırılacaq. Bu sistemlərin sayəsində pilotlar uçuş-enmə zolağına daha dəqiq və təhlükəsiz şəkildə yaxınlaşa biləcək və hava naviqasiyası təhlükəsizliyi daha da artırılacaq.

    Əl-Hasri əlavə edib ki, növbəti mərhələdə Şam Beynəlxalq Hava Limanına birincil və ikincil radar sistemi (PSR/SSR), eləcə də yanaşma nəzarət sistemi (APP) kimi əlavə sistemlərin də quraşdırılması planlaşdırılır. O, bu addımın hava hərəkətinə nəzarət baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb.

    Suriya Mülki Aviasiya Baş İdarəsinin direktoru Türkiyəyə göstərdiyi texniki dəstəyə görə təşəkkürünü bildirib və bu əməkdaşlığın ölkənin hava limanı infrastrukturunun inkişafı və hava nəqliyyatında təhlükəsizlik səviyyəsinin artırılması baxımından mühüm irəliləyiş olduğunu qeyd edib.

    #Türkiyə #Suriya #Dəməşq #Dəməşq Hava Limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    20 İyul 2026 09:00

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27
    XƏBƏR LENTİ

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.