#Qurani-Kərim

Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.

Bələd surəsi Quranın 90-cı surəsidir və 20 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surə öz adını ilk iki ayədə keçən “bələd” (şəhər) sözündən almış və bu sözlə Məkkəyə işarə edilmişdir. Surənin ilk ayələrində şəhərə, yəni Məkkəyə and içilir, sonra insanın çətin vəziyyətdə ikən dünyaya gətirilməsindən, buna görə həmin sıxıntıların öhdəsindən gəlmək üçün uca hədəflərə sahib bir şəxs olmasının əhəmiyyətindən bəhs edilir.

Qurani-Kərimin 36-cı surəsi olan Yasin surəsi 83 ayədən ibarətdir. Surə adını elə ilk ayəsindən götürmüşdür. İslam Peyğəmbəri tərəfindən bu adla çağırılan surə, Buxari və Tirmizi kimi mötəbər hədis kitablarında da bu adla zikr olunur. Surənin Quranın qəlbi olduğunu bildirən rəvayətlərə əsasən, ona "kəlbü’l-Quran" (Quranın qəlbi) da deyilmişdir, lakin bu ad geniş yayılmamışdır. Yasin surəsinin Məkkə dövrünün ortalarında nazil olduğu qəbul edilir.

“Quran elə bir kitabdır ki, Onda sizdən əvvəlki xalqların vəziyyəti, sizdən sonra qiyamətə qədər zühur edəcək fitnələr və qiyamət əlamətləri haqda xəbərlər, həmçinin aranızda baş verən hadisələrlə (iman-küfr, haram-halal və s.) bağlı hökmlər var. O, haqq ilə batili bir-birindən ayıran yeganə meyardır və Onda mövcud olan hər şey ciddidir.”

​Qurani-Kərimin ilk surəsi olan “Fatihə” İslam düşüncəsində həm ibadətin başlanğıcı, həm də Allah–bəndə münasibətinin xülasəsi kimi qəbul olunur. Mənbələrə görə, “Fatihə” surəsi Məkkə dövrünün ilk illərində hissə-hissə deyil, bütöv şəkildə nazil olub. Bəzi rəvayətlər surənin iki dəfə nazil olması ehtimalını qeyd etsə də, əksər təfsirçilər onun məhz Məkkədə nazil edildiyi qənaətindədir.

İslam dini həm fiziki, həm də mənəvi təmizliyə böyük önəm verir. Qurani-Kərimdə və hədislərdə təmizlikə çağırış açıq-aydın göstərilir. Allah təala buyurur: “Səndən aybaşı barəsində soruşurlar… Təmizləndikdə isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın.” Bu və digər ayələr paklığa, təmizlik səylərinə verilən dəyəri vurğulayır.