Londonda yaşayan 31 yaşlı Amelia adlı qadının hekayəsi, süni intellekt dəstəkli söhbət botlarının psixi sağlamlığa təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Depressiya səbəbindən işini itirən Amelia, əvvəlcə ChatGPT-də dəstək tapsa da, vəziyyəti pisləşdikcə platformadan aldığı cavablar onun intihar düşüncələrini gücləndirməyə başlamışdı.
#Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsraili Qəzzadakı humanitar böhranı dayandırmağa çağırıb. "İnsanların aclıqdan ölməsi qarşısı alına biləcək faciədir. İsrail bunu istənilən an dayandıra bilər" - deyə, o bəyan edib. “Ərzaq yükləri çox yaxın məsafədə olduğu halda insanların aclıqdan ölməsi qəbuledilməzdir. Qəzza əhalisini ac saxlamaq nə İsrailin təhlükəsizliyini təmin edəcək, nə də girovların azad olunmasına kömək edəcək. Mülki əhalini aclığa məhkum etmək heç vaxt müharibə üsulu ola bilməz. Bu, hərbi cinayətdir və gələcək münaqişələrdə təhlükəli presedent yaradır”, - Gebreyesus əlavə edib.
Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.
Ghebreyesus sosial şəbəkədəki paylaşımında, İsrail ordusunun Xan Yunisdəki Nasser xəstəxanasına həyata keçirdiyi iki hücumda dörd səhiyyə işçisi və beş jurnalist daxil olmaqla ən azı 20 nəfərin həlak olduğunu, 50 nəfərin, o cümlədən ağır xəstələrin xəsarət aldığını qeyd edib. Hücumlar nəticəsində xəstəxananın təcili yardım və cərrahiyyə bölməsinin yerləşdiyi əsas bina və təcili yardım pilləkənləri zədələnib. Ghebreyesus, “Qəzzada insanlar aclıq çəkərkən, onların məhdud sağlamlıq imkanları təkrarlanan hücumlarla daha da çətinləşir,” deyərək səhiyyə müəssisələrinə hücumların dərhal dayandırılmasını və atəşkəs çağırışını təkrarlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn BMT Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı kritik vəziyyət barədə məlumat verib. Peeperkorn bildirib ki, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, avqustun 15-dən etibarən Qəzza şəhərində aclıq rəsmi olaraq təsdiqlənib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitdədir. Bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclığın təsdiqi sayılır. ÜST rəsmisi vurğulayıb ki, təkcə 2025-ci ildə qida çatışmazlığı səbəbindən 206 nəfər həyatını itirib və vəziyyət sürətlə pisləşməkdə davam edir. Peeperkorn IPC təhlilinə əsaslanaraq, 2026-cı ilin iyun ayına qədər ən azı 132 min uşaq yüksək qidalanma riski altında olacaq. Bu rəqəm, 2025-ci ilin may ayındakı IPC proqnozları ilə müqayisədə iki dəfə artmışdır.
Pakistan Milli Fəlakət İdarəetmə Təşkilatı (NDMA) tərəfindən verilən açıqlamada, yağışların səbəb olduğu fəlakətlərin təsirlərinin ölkə üzrə davam etdiyi bildirilib. Açıqlamada, ölkə üzrə baş verən fəlakətlərdə həyatını itirənlərin sayının 657-yə yüksəldiyi, ölənlərin 171-nin uşaq olduğu ifadə edilib. İtkin düşən 929 nəfəri tapmaq üçün axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilən açıqlamada, fəlakətlərdən ən çox təsirlənən əyalətin Hayber Paxtunxva olduğu və burada 150-dən çox şəxsin hələ də itkin düşdüyü qeyd olunub. Açıqlamada Hayber Paxtunxvada 390, Pəncabda 164, Gilgit-Baltistanda 32, Sinddə 28, Bəlucistanda 20, Azad Kəşmirdə 15 və İslamabadda 8 nəfərin həyatını itirdiyi məlumatı paylaşılıb.
Böyük Britaniyada çikungunya virusuna yoluxma halları son aylarda iki dəfədən çox artıb. Bu barədə məlumatı ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) yayıb. Yoluxmaların böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Mavrikiyə səyahətlə bağlıdır. Agentlik bildirib ki, virus ölkədə yayılmaq üçün lazım olan iki ağcaqanad növü ilə ötürülür və buna görə yerli yayılma riski mövcud deyil. UKHSA-nın açıqlamasına görə, bu ilin ilk altı ayında ölkədə 73 çikungunya hadisəsi qeydə alınıb. Bu, keçən ilin eyni dövründəki 27 hadisədən iki dəfə çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Foşanda son beş gündə yoluxma artım sürətinin zəiflədiyi, xüsusilə ən çox təsirlənən Şunde bölgəsində hadisələrin azalmasının müşahidə olunduğu qeyd edilib. Lakin əlverişsiz hava şəraiti səbəbindən Quangdongda ağcaqanadların aktivliyinin artması təhlükənin hələ də davam etdiyini göstərir.
Avropa İttifaqı (Aİ) İsrailin Qəzzada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) binasına hücumunu pisləyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 230 min insan boğularaq həyatını itirir. Türkiyədə isə bu rəqəm ildə 600 ilə 1000 nəfər arasında dəyişir. Ən çox risk altında olan yaş qrupu isə 1-24 yaş arası insanlardır.
Kardioloqlar xəbərdarlıq edirlər ki, ürəyin sağlam qalması üçün yalnız vaxtaşırı yoxlanmaq kifayət etmir — gündəlik həyat tərzi seçimlərimiz həyatımızın taleyini müəyyən edə bilər.