#Avropa İttifaqı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

Yunanıstan mətbuatı İsrailin arxipelaq adalarında istifadə oluna biləcək “killer drones” tipli insansız hava vasitələri (PUA) də daxil olmaqla hava müdafiə sistemləri təklif etdiyini yazıb. Məlumata əsasən, İsrail uzun müddətdir müzakirə olunan “Spyder All in One” hava müdafiə sisteminə əlavə olaraq, adaların mürəkkəb coğrafi quruluşuna uyğun yeni sistemlər də təklif edib.

BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstindəki xüsusi nümayəndəsi Jako Silliers bildirib ki, Qəzzədə yenidənqurma işlərinin maliyyə dəyərini müəyyənləşdirmək üçün BMT, Avropa İttifaqı (Aİ) və Dünya Bankı tərəfindən birgə həyata keçirilən IRDNA (Müvəqqəti Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi) təxminən 70 milyard dollara ehtiyac duyulduğunu proqnozlaşdırıb.

Qətərin milli aviaşirkəti Qatar Airways Avropaya səfər planlaşdıran sərnişinlər üçün 12 oktyabr 2025-ci ildən etibarən qüvvəyə minəcək yeni giriş-çıxış qaydaları ilə bağlı rəsmi xəbərdarlıq yayıb. Məlumata görə, dəyişiklik Avropa İttifaqının (Aİ) Şengen zonası ölkələrində tətbiq olunacaq yeni “Giriş/Çıxış Sistemi” (Entry/Exit System – EES) ilə əlaqədardır. Sistem, Şengen zonasına daxil olan ölkələrə səfər edən qeyri-Aİ vətəndaşlarının sərhədlərdə yoxlanış prosedurlarını rəqəmsallaşdıracaq.

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) ölkələrinin səfirlərini Tehrana çağıraraq blokun Fars körfəzi regionuna dair “qarışan mövqeyinə” və ölkənin müdafiə proqramı ilə bağlı səsləndirilən iddialara etiraz edib. İranın siyasi işlər üzrə xarici işlər nazir müavini Məcid Taxt-e Rəvançi, səfirlərlə görüş zamanı Aİ və Fars Körfəzi Əməkdaşlıq Şurasının (GCC) son bəyanatında yer alan ifadələrin ölkənin ərazi bütövlüyünə və suverenliyinə zidd olduğunu bildirib.

Avropa İttifaqı (AB) ölkələrində Tesla markalı avtomobillərin satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA), Avropa ölkələrinin yanvar-avqust ayları üzrə yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumata görə, ABŞ-lı milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin avtomobil satışları AB ölkələrində azalmağa davam edir. Tesla satışlarındakı geriləmə artıq 8 aydır ki, davam edir. Ötən ilin avqust ayında AB-də 12 min 966 Tesla avtomobili satılmışdısa, bu ilin avqustunda bu rəqəm 8 min 220-yə düşüb. Bununla da Tesla satışları keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.

Aİ-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı ilə keçirilən görüşdə investisiya təşəbbüsləri, minatəmizləmə, su ehtiyatlarının idarəolunması, nəqliyyat və digər sahələrin davamlı inkişafına dəstək üzrə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.