#Avropa İttifaqı

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ölkənin yaxınlaşan büdcə kəsirlərini ödəmək üçün Avropa İttifaqının verdiyi 90 milyard avroluq kreditə görə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, bu maliyyə dəstəyi Kiyevin müdafiəsini və ölkənin dayanıqlılığını “həqiqətən gücləndirir”. Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib: "Bu, həqiqətən də bizim dayanıqlığımızı gücləndirən əhəmiyyətli bir dəstəkdir."

Avropa İttifaqı (Aİ) Kanadanın 150 milyard avro dəyərindəki “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) ortaq müdafiə maliyyələşdirmə proqramına qatıldığını açıqlayıb. Aİ Komissiyası Prezidenti Ursula fon der Leyen sosial media paylaşımında, Kanadanın proqramda iştirakının təsdiqləndiyini bildirərək, “Xoş gəlmisiniz Kanada” sözlərini deyib. Proqram çərçivəsində Kanada Aİ xaricində xüsusi hüquqlara malik yeganə ölkə olacaq və bu iştirak Kanadalı şirkətlər üçün müdafiə sahəsində milyardlarla dollarlıq imkanlar yaradacaq. SAFE proqramı, iştirakçı ölkələr arasında ortaq tədarükləri gücləndirməklə, müdafiə sənayesini inkişaf etdirməyi və təhlükəsizliyi artırmağı hədəfləyir.

Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ və Ukrayna arasında aparılan sülh müzakirələrinin “çətin, amma məhsuldar” olduğunu bildirib və bu həftənin diplomatiya baxımından önəmli ola biləcəyini vurğulayıb. Aİ Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Kallas, toplantıda nazirlərlə Ukraynaya verilən dəstək və AB-nin müdafiə sahəsindəki layihələrini müzakirə edəcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Almaniya xarici işlər naziri Yohann Vadepulun dəvəti ilə Berlini ziyarət edəcək. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olacaq. Fidanın səfər çərçivəsində Almaniyadakı türk icması və iş adamlarıyla görüşməsi, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə etməsi planlaşdırılır. Türkiyə–AB münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq gündəmin əsas mövzuları olacaq.

Avropa İttifaqı Komissiyasının Bərabərlik, Hazırlıqlılıq və Krizis İdarəçiliyi üzrə üzvü Hadja Lahbib Qəzzadakı humanitar vəziyyətin sürətlə pisləşdiyini bildirərək, yardımların siyasiləşdirilməsinə qarşı xəbərdarlıq edib. Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısı çərçivəsində çıxış edən Lahbib, bölgədəki əsirlərin evlərinə dönməsinə baxmayaraq humanitar böhranın daha da ağırlaşdığını deyib. “Son daşqınlardan sonra və yaxınlaşan qış aylarının təsiri ilə fələstinlilər həm donur, həm islanır, həm də aclıq çəkir.” - deyə o qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 17-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı yeni səfiri Mariyana Kuyundziç ilə görüşüb. Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Erhürman Ankarada birgə mətbuat açıqlaması veriblər. Prezident Ərdoğan çıxışında Kıbrıs məsələsində Türkiyənin prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, adada ədalətli, davamlı və reallıqlara uyğun həll yoluna nail olmaq üçün mübarizə KKTC rəhbərliyi ilə sıx koordinasiya şəklində davam etdiriləcək.

G7 ölkələrinin xarici işlər nazirləri, qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Kanadanın ev sahibliyi etdiyi zirvə görüşündə bir araya gəlir. Kanada hökumətinin açıqlamasına görə, zirvə Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqının (AB) nümayəndələrini bir araya gətirir. Ontario əyalətinin Niagara bölgəsində iki gün davam edəcək görüş, qlobal məsələlərin müzakirəsi və ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilir.