Avropa İttifaqı (Aİ), İsrailin Qəzzadakı fəaliyyətləri və humanitar yardımın qarşısını alması səbəbilə ona qarşı sanksiya tədbirlərini nəzərdən keçirir.
#Avropa İttifaqı
Avropa Parlamentinin 40 deputatından ibarət bir qrup İsrail hakimiyyətinə qarşı sanksiyaların tətbiqi və İsrail ilə ticarət sazişinin dayandırılması üçün Avropa İttifaqına (Aİ) çağırış edib. Bu barədə deputatların yayımladığı birgə bəyanatda deyilir.
Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin elmi tədqiqatları dəstəkləmək üçün Horizon Europe proqramına çıxışının məhdudlaşdırılmasını tələb edib.
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
Avropa İttifaqı (Aİ) İsrailin Qəzzada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) binasına hücumunu pisləyib.
Almaniya kansleri Fridrix Mers Ukraynanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olacağına dair ciddi şübhə etdiyini bildirib.
Avropa İttifaqı (Aİ), Gürcüstana onun verdiyi tövsiyələri avqust ayına qədər yerinə yetirmədiyi təqdirdə, ölkəyə qarşı vizasız rejimi dayandıra bilər.
Türkiyə Xarici İşlər Nazirliyi Avropa İtifaqının Türkiyə vətəndaşları üçün Şengen vizalarında asanlaşdırma haqqında olan qərarını alqışlayıb.
Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə edilməsi naziri Raed əl-Salih Latakiya vilayətində bir həftədir davam edən meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından (Aİ) və beynəlxalq ictimaiyyətdən dəstək istədiklərini açıqlayıb.
Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen, qarşıdakı Aİ-Çin sammiti öncəsi verdiyi bəyanatda tərəflər arasında balanslı və sabit münasibətlərə yönəlmiş yeni mərhələnin başlaya biləcəyini bildirib.
23–24 iyun 2025-ci il tarixlərində Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı III” (PGG III) çərçivəsində həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi üzrə təlim baş tutub.