#F-35

“El Pais” qəzeti hökumət mənbələrinə istinadla F-35-lərlə bağlı ilkin danışıqların dayandırıldığını yazıb. 10,5 milyard avroluq əlavə müdafiə büdcəsinin əsas hissəsinin Avropada xərclənməsi qərarı ABŞ-dan təyyarə alınmasını mümkünsüz edib. Qeyd edək ki, Müdafiə Nazirliyinin mənbələri Europa Press-ə açıqlamalarında F-35 planından qəti şəkildə imtina edildiyini təsdiqləyib. Xatırladaq ki, NATO sammitində İspaniya Baş naziri Pedro Sançes və ABŞ prezidenti Donald Tramp arasında hərbi xərclər və tariflər mövzusunda gərginlik yaşanmışdı.

ABŞ-ın nüfuzlu nəşri Newsweek, Türkiyənin yerli istehsal KAAN döyüş təyyarəsinin Cənub yarımkürəsində F-35-lə silah bazarında rəqabət aparmaq potensialına malik olduğunu yazıb. Nəşr bildirib ki, Türkiyə KAAN-ı daha əlçatan bir alternativ kimi mövqeləndirir və bu, xüsusilə inkişaf etməkdə olan iqtisadiyyatların diqqətini cəlb edir.