Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zəki Aktürk nazirlikdə keçirdilən həftəlik brifinqdə mühüm açıqlamalar verib. Aktürk Yunanıstanın beynəlxalq müqavilələrə zidd olaraq adaların qeyri-hərbi statusunu pozan addımlarına toxunaraq bildirib ki, bu cür cəhdlər həm hüquqi müstəvidə qanunsuzluq yaradır, həm də qonşuluq və müttəfiqlik münasibətlərinə xələl gətirir. Ankara tərəfincə bu hərəkətlərin regional sabitliyə təhdid olduğu və beynəlxalq hüquq normaları çərçivəsində qəbulolunmazlığı bir daha vurğulanıb.
#Türkiyə Yunanıstan geosiyasi rəqabəti
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında yeni görüşün planlaşdırıldığını açıqlayıb. nazir Fidan tərəflərin bu görüşü fevral ayında, Ramazan ayı başlamazdan əvvəl reallaşdırmaq niyyətində olduqlarını bildirib. Hazırda Prezident Ərdoğanın proqramına uyğun olaraq bir neçə mümkün tarix üzərində iş aparılır. Nazir qeyd edib ki, Türkiyə tərəfi Ege dənizindəki ərazi suları və kontinental şelf məsələləri başda olmaqla bütün mövcud problemlərin köklü həlli üçün masaya oturmağa hazırdır.
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib. Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.
Türkiyənin Şərqi Aralıq dənizində artan nüfuzu və müdafiə sənayesində əldə etdiyi irəliləyişlər İsrail və Yunanıstanın bölgədə yeni təhlükəsizlik əməkdaşlığına yönəlməsinə səbəb olub. Hər iki ölkə, regiondakı strateji balansı dəyişdirmək məqsədilə, müdafiə modernizasiyasını sürətləndirir və ikitərəfli hərbi layihələri genişləndirir.