#müdafiə texnologiyaları

Türkiyənin müdafiə sənayesi lideri ASELSAN NATO ilə daşına bilən hava hücumundan müdafiə sistemlərinə (MANPADS) "Dost-Düşmən Tanıma" (IFF) qabiliyyəti qazandıracaq mühüm müqaviləyə imza atıb. NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) qlobal miqyasda artan hava təhdidlərinə qarşı müdafiənin effektivliyini artırmaq məqsədilə strateji seçim edib. Bu çərçivədə NATO inventarında olan MANPADS sistemlərinin modernizasiyası üçün ASELSAN-a üstünlük verilib.

ABŞ Dövlət Departamentinin İraqa 100 milyon dollarlıq mümkün hərbi rabitə sistemi satışını təsdiqlədiyi bildirildi. ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) İraqa mümkün hərbi rabitə sistemi satışına dair açıqlama yayıb. Açıqlamada, Dövlət Departamentinin İraqın komanda və nəzarət qabiliyyətinin artırılması üçün 100 milyon dollarlıq rabitə və radio sistemlərinin satışına icazə verdiyi qeyd edilib.