Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstan Prezidenti Kasıym-Jomart Tokayevə Özbəkistanın ən yüksək dövlət mükafatı olan Yüksək Dərəcəli Dostluq ordenini təqdim edib. Mirziyoyev çıxışında bu jestin yalnız Tokayevə deyil, bütün Qazaxıstan xalqına olan dərin hörmətin ifadəsi olduğunu qeyd edib.
#Kasım-Jomart Tokayev
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir.
Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.
Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə söyləyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. Tokayev türk ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, müasir dövrün çağırışları sistemli və kollektiv yanaşma tələb edir.
BAKI,AzerVoice Azərbaycan və Ermənistan arasında bəyannamə Cənubi Qafqazda iqtisadi artıma yol açacaq. AzerVoice xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib. Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək. Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusunda TDT zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana keçəcək. Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.
Jaslan Madiyev 1983-cü il iyunun 13-də Almatı şəhərində anadan olub. O, ali təhsilini 2000–2004-cü illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində alaraq dünya iqtisadiyyatı və beynəlxalq maliyyə üzrə ixtisaslaşıb. Daha sonra 2006–2007-ci illərdə “Bolaşak” dövlət proqramı çərçivəsində Kolumbiya Universitetinin Beynəlxalq əlaqələr və dövlət idarəçiliyi məktəbində dövlət idarəçiliyi magistri (MPA) dərəcəsi qazanıb və iqtisadi siyasətin idarə olunması üzrə ixtisaslaşıb.
Yermek Koşerbayev diplomatik sahədə geniş təcrübəyə malikdir. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin strukturunda müxtəlif vəzifələrdə çalışıb, 2020-ci ildə ölkənin Rusiyadakı səfiri olub. 2023-cü ildə isə Qazaxıstanın Şərqi-Qazaxıstan vilayətinin hakimi təyin edilib.