Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21–23 sentyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək. O, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək. Rəsmi məlumata görə, Tokayev səfər çərçivəsində bir sıra dövlət və beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçirəcək.
#Kasım-Jomart Tokayev
ABŞ prezidenti Donald Tramp Qazaxıstana səfər edəcəyini istisna etməyib. O Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə “çox yaxşı söhbət” apardığını bildirib. “Gedə bilərəm”, – deyə Tramp Qazaxıstana səfər edib-etməyəcəyi barədə suala cavab verib. “Onunla çox yaxşı söhbətim oldu. Ona salam çatdırın. O, yaxşı insandır” - deyə, o Tokayev haqqında danışarkən qeyd edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tyanjin şəhərinə gedib. Bu gün Tokayev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçiriləcək.
Qazaxıstan prezidenti avqustun 31-dən sentyabrın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Tyantszin şəhərində keçiriləcək “ŞƏT Plus” toplantısında iştirak edəcək. Sentyabrın 2-də Pekində Qasım-Jomart Tokayev “Qazaxıstan-Çin” İşgüzar Şurasının iclasında çıxış edəcəyi və aparıcı Çin şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi də qeyd edilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qırğızıstana rəsmi səfəri çərçivəsində bu gün, 22 avqustda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bir sıra mühüm sənədlərə imza atılıb. Dövlət başçıları “2025–2027-ci illər üçün Qazaxıstan–Qırğızıstan əməkdaşlığının kompleks planı” haqqında Yuxarı Dövlətlərarası Şuranın qərarını təsdiqləyiblər.
22 avqustda Qırğızıstan Prezidenti Sadır Japarov, rəsmi səfərlə Bişkekdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə dar tərkibdə görüş keçirib. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Səfər proqramına mühüm tədbirlər daxildir. Liderlərin iştirakı ilə Bişkekdəki “Üntümak” parkında “Dostluğun qızıl körpüsü” abidəsinin açılışı keçiriləcək. Həmçinin Qazaxıstanın Oş şəhərində Baş Konsulluğun rəsmi açılış mərasimi və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Oş filialının istifadəyə verilməsi planlaşdırılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.
Tokayevin Türkiyəyə səfəri çərçivəsində liderlər səviyyəsində nümayiş etdirilən qarşılıqlı etimad, təqdir və simvolik qarşılıqlı əlaqələr, ictimai diplomatiyanın Türkiyə–Qazaxıstan münasibətlərində funksional sərhədləri aşdığını və tərəflər arasında formalaşan ortaq vizyonun əsas inşaedici sütunlarından birinə çevrildiyini göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Ankara şəhərində keçirilən görüşlər zamanı iki ölkə arasında 20 mühüm sənəd imzalanıb.
İsrail artıq 22 aydır Fələstin xalqını amansız şəkildə qətlə yetirir. Aclığın fələstinlilərə qarşı silah kimi istifadə olunması, İsrailin insanlıqdan nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. Qəzzadan yayılan görüntülər nasist düşərgələrindən belə daha dəhşətli, daha qəddar və qeyri-insani mənzərə yaradır.
Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə dair məsələləri müzakirə etmək üçün Prezident Administrasiyasında bir araya gələcəklər.