Beynəlxalq Futbol Federasiyası (FIFA) ilin yekunları üzrə yeni futbol mükafatının təsis edildiyini açıqlayıb. Bu barədə qurumun rəsmi internet saytında məlumat verilib. Yeni mükafat 2026-cı ildən etibarən qüvvəyə minəcək və FIFA tərəfindən ilin gedişində həm meydanda, həm də meydandan kənarda ən yaxşı performans göstərən futbolçulara təqdim edilən yeganə illik rəsmi mükafat olacaq.
#FİFA
Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin yaradılması barədə rəsmi elan yayıb. Bu barədə təşkilatın Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, yeni turnirin əsas məqsədi milli komandalar arasında rəqabət səviyyəsini artırmaq, eyni zamanda kommersiya imkanlarını genişləndirməkdir. Layihənin icrasına yaxın vaxtlarda başlanacağı qeyd olunsa da, dəqiq tarixlər açıqlanmayıb.
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Qətərin FIFA Ərəb Kuboku 2025-i uğurla təşkil etməsi münasibətilə bu ölkənin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə təbrik teleqramı göndərib. Kral Salman teleqramında Qətər Əmirinə ən səmimi təbriklərini və davamlı inkişafla yanaşı yeni uğurlar arzulayıb. O, həmçinin Qətər Dövlətinin hökumətinə və xalqına sabit tərəqqi və rifah diləklərini çatdırıb. Bu barədə Səudiyyə Mətbuat Agentliyi (SPA) məlumat yayıb.
FIFA azarkeşlərdən daxil olan rəyləri nəzərə alaraq yeni bilet sistemi ilə bağlı qərar qəbul edib. Qurumdan bildirilib ki, qərar yekdilliklə təsdiqlənib. Yeni qərarı Böyük Britaniyanın Baş naziri Kir Starmer də müsbət qarşılayıb. O, həqiqi azarkeşlərin futboldan uzaqlaşmaması üçün biletlərin daha əlçatan olmasının vacibliyini vurğulayıb. Yeni tənzimləməyə əsasən, 60 ABŞ dolları dəyərində olan ən ucuz bilet kateqoriyası 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək Kanada, Meksika və ABŞ-da keçiriləcək oyunlar üzrə hər futbol federasiyasına ayrılan biletlərin 10 faizini təşkil edəcək.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kubokunun qrup mərhələsinin püşkatması sabah ABŞ-ın paytaxtı Vaşinqtonda, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Püşkatmadan sonra həm turnirin qrupları, həm də qarşılaşmaların keçiriləcəyi stadionlar və matçların başlama vaxtları elan olunacaq.
“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. Bu barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq: 2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam.
2026 Dünya Kuboku Avropa play-off mübarizəsində iştirak edəcək Türkiyə A Milli Futbol komandası, yarı finalda Rumaniya ilə üz-üzə gələcək. Oyun 26 mart 2026-cı il tarixində keçiriləcək və Millilər ev sahibi olacaq. 2026 Dünya Kuboku Avropa play-offunun püşkü İsveçrənin Zürich şəhərindəki FIFA Mərkəzində atılıb. E qrupunu ikinci sırada tamamlayan Millilər 1-ci torbadan püşkə qatılaraq, 4-cü torbadan Rumaniya ilə qarşılaşıb.
Türkiyə milli futbol komandası, 2026 FIFA Dünya Kuboku Avropa Seçmə Oyunları E qrupu üzrə altıncı və son matçında sabah səfərdə İspaniya ilə qarşılaşacaq. Bu, Türkiyə millisinin tarixində 647-ci rəsmi oyunu olacaq. Oyunun yeri La Cartuja Stadionudur və qarşılaşma 18 noyabr Bakı vaxtı ilə 23:45-də başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Felix Zwayer olacaq. Ona eyni ölkədən Robert Kempter və Christian Dietz yardım edəcək, 4-cü hakim isə Sven Jablonski olacaq.
Türkiyənin milli futbol komandası 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində E qrupunun beşinci oyununda Bursada Bolqarıstan yığmasına qarşı meydana çıxacaq. Görüş Atatürk İdman Kompleksi Matlı Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun TV8 telekanalı ilə canlı yayımlanacaq.
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq. Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.
Qətərdə keçirilən FİFA U17 Dünya Kuboku bu gün start götürdü və 27 noyabra qədər davam edəcək. Oyunlar Khalifa International Stadium və stadion ərazisindəki 8 ayrı meydançada keçiriləcək. Hər iki ildən bir təşkil olunan və 1985-ci ildən bəri FİFA tərəfindən keçirilən 17 yaşadək futbolçuların Dünya Kuboku, gənc futbolçular üçün ən prestijli turnirlərdən biridir. Bu turniri ən çox qazanan komanda isə Nigeriyadır. Afrika komandası 1985, 1993, 2007, 2013 və 2015-ci illərdə çempion olmuşdur. 2023-cü ildə keçirilən son turniri isə ilk dəfə Almaniya qazanmışdır.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd bin Salman Əl-Səud Riyadda, “Əl-Yemame” sarayında Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Səudiyyə Ərəbistanı ilə FİFA arasında idman sahəsində əməkdaşlıq istiqamətləri, qarşıdakı layihələr və futbolun inkişafına dair yeni imkanlar müzakirə olunub. Tərəflər qlobal səviyyədə idman təşəbbüslərinin genişləndirilməsi və Səudiyyə Ərəbistanının bu prosesdə rolunun gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.