#İordaniya

Hazırda İsraildə saxlanılan 14 vətəndaşımızın sabah (7 oktyabr) İordaniya üzərindən ölkəmizə gələ bilmələri üçün işlərimiz davam edir. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən saxlanılan türk fəallarla bağlı açıqlama verib. Qeyd edək ki, İsrailin blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyası, 1 oktyabr axşamı Qəzza sularına yaxınlaşıb. Flotilyaya hücum edən İsrail ordusu, onlarla qayığı və gəmini qanunsuz şəkildə ələ keçirərək yüzlərlə sərnişini saxlayıb.

İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”

ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, Hicaz Dəmir Yolu xəttinin yenidən işə salınması üçün ilk praktiki addımın atıldığını açıqlayıb. Nazir, Türkiyə, Suriya və İordaniya Nəqliyyat Nazirlikləri arasında keçirilən texniki görüş zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Uraloğlu bildirib ki, Türkiyənin dəstəyi ilə Suriya Hicaz Dəmir Yollarına aid olan 30 kilometrlik yarımçıq üst quruluşun tamamlanması məsələsində razılıq əldə olunub. Eyni zamanda İordaniya tərəfi də lokomotivlərin təmiri və istismarı ilə bağlı texniki imkanları araşdıracaq.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

Almaniyadan Suriyaya qayıdan qaçqınların sayı, keçmiş prezident Bəşşar Əsəd rejiminin devrilməsindən sonra yavaş-yavaş artır. Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun sonunadək 1 867 suriyalı qaçqın hökumətin maliyyələşdirdiyi proqram çərçivəsində vətəninə dönüb. Müqayisə üçün, may ayının sonunadək bu dəstəkdən cəmi 804 nəfər istifadə etmişdi. Bundan əlavə, Almaniyanın bəzi əyalətləri də Suriyaya dönüşü maliyyələşdirən xüsusi proqramlar təqdim edir. Dövlət dəstəyi olmadan könüllü şəkildə qayıdan suriyalılar da var. Əsədin 8 dekabr gecəsi devrilməsindən sonra geri dönüşlər əsasən qonşu ölkələrdən – Türkiyə, Livan, İordaniya və İraqdan həyata keçirilib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Oman xarici işlər naziri Seyid Bədr əl-Busəidi ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, Fələstin dövlətinin tanınması istiqamətində aparılan işlər və Qəzzadakı humanitar vəziyyət müzakirə olunub.

Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi ilə telefon danışığı gerçəkləşdirib. Nazirlər, Suriyanın cənubundakı son inkişafları da dəyərləndiriblər. Görüşdə regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İordaniya Kralı II Abdullah Astanada dar tərkibdə danışıqlar aparıblar. Tokayev, ilin əvvəlində Əmman şəhərinə etdiyi səfəri məmnuniyyətlə xatırladığını bildirib. Kral II Abdullahın Qazaxıstana rəsmi səfərinin əsas səbəbi Astananın ev sahibliyi edəcəyi Qazaxıstan–İordaniya biznes forumu olacaq.