İordaniya hakimiyyət orqanları bu gün səhər saatlarında İordaniya Humanitar Təşkilatının Qəzza zolağına 50 yük maşını ilə humanitar yardım göndərdiyini açıqlayıb.
#Qəzza zolağı
İsrail ordusu bu gün Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində bir evi bombalayıb.
HƏMAS, İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Fondunun (GHF) dərhal ləğv edilməsini tələb edib.
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində 110 fələstinli həlak olub.
Macarıstan, Aİ-nin Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Qətərin paytaxtı Dohada keçirilən atəşkəs danışıqlarında hələ ki, iştirak etmir.
Qətər və Misir İsrailin Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı Dohada keçirilən məsləhətləşmələr zamanı təqdim etdiyi plana dəyişiklik etməsini gözləyir.
Bu ilin mart ayında Qəzza zolağına tam blokada tətbiq olunduqdan bəri aclıq nəticəsində azı 67 uşaq həlak olub.
Qətərin paytaxtı Dohada aparılan atəşkəs danışıqları fonunda İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında təxminən 250 hədəfə hava zərbələri endirib.
Qəzzada atəşkəs danışıqları iflas ərəfəsində – tərəflər qarşılıqlı ittihamlarla çıxış edir.
Bu gün səhər saatlarında İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 28 fələstinli həyatını itirib.
Böyük Britaniyanın baş naziri Keir Starmer İsrail-Fələstin münaqişəsində davamlı sülhün yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.