Polşa Rusiya ilə diplomatik münasibətləri kəsmək üçün əsas görmür. Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlama verib. “Diplomatiyada əlaqə kanalları yalnız dostlarla deyil, həm də rəqiblər və düşmənlərlə saxlanılır. Buna görə də hələlik diplomatik münasibətləri kəsmək üçün səbəb görmürəm” – deyə, o bildirib.
#Rusiya
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.
ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində Polşanın hava məkanına daxil olmuş pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərdə heç kimi müdafiə etmək niyyətində olmadığını bildirib. O, bu barədə “Fox News”-a açıqlamasında danışıb. “Mən heç kimi müdafiə etməyəcəyəm. Onlar (PUA-lar – red.) vurulub, amma ümumiyyətlə Polşaya yaxınlaşmamalı idilər” - deyə, Tramp qeyd edib.
Rusdilli məktəblər anlayışı yoxdur, Azərbaycan məktəblərində rus dili bölməsi var. Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya şirkətlərinə ölkə daxilində 64 sahə üzrə yaradılacaq şirkətlərin kapitalında 100 faiz paya sahib olmaq hüququ verib. Paralel olaraq, BƏƏ şirkətləri də Rusiyada səhiyyə və təhsil sahələrində tam sərmayə imkanı, həmçinin pərakəndə ticarət, otelçilik və restoran biznesində filial açmaq hüququ əldə ediblər.
Polşa Silahlı Qüvvələri Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşa hava məkanına daxil olan çoxsaylı pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Baş nazir Donald Tusk açıqlamasında, Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın bölgələrinə hücumu zamanı Polşa hava məkanında “çoxsaylı pozuntular” qeydə alındığını və cavab əməliyyatının davam etdiyini bildirib
"AzRusTrans" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ləğv edilir. AzerVoice xəbər verir ki, bu barədə QSC özü elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər. Sözügedən QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 000 manat olan şirkətin qanuni təmsilçisi Heydərov Orxan Qasım oğludur.
OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.
OPEK+ çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin görüşü başlayıb. İştirakçılar oktyabr ayı üçün hasilat planı barədə razılıq əldə etməlidirlər. Səudiyyə Ərəbistanı bazardakı payını bərpa etmək üçün OPEK+ ölkələrinin neft hasilatını daha sürətli artırmasını təşviq edir. Səkkiz ölkə hazırda 2026-cı ilin sonunadək qüvvədə olan gündəlik 1,65 milyon barellik hasilat məhdudiyyətinin taleyini müzakirə edəcək.
Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır. Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya "vaxt məhdudiyyəti səbəbindən" qəbul olunmadığını iddia edib.
Finlandiya, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini və iki dövlətli həllin həyata keçirilməsini nəzərdə tutan beynəlxalq bəyannaməyə qoşulduğunu açıqlayıb. Bəyannamədə ilk addım kimi İsrail ilə HƏMAS arasında Qəzzada iki ilə yaxın davam edən müharibənin dayandırılması göstərilir.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb. Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb. “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.