#Rusiya

Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Donald Trampla paytaxt Moskvada görüşməyə hazır olduğunu açıqlayıb. Peskov, bu təklifin qüvvədə olduğunu bildirib. Rusiyanın, İngiltərə və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı tələbinin hələ də qüvvədə olub-olmadığına dair sualı cavablandıran Peskov, bu mövzunun aktual olduğunu bildirib. Peskov, əvvəlcə Rusiya və ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) ilə bağlı danışıqların başlanmasının vacibliyini vurğulayaraq, “Ancaq gələcəkdə nüvə arsenalı məsələsi də müzakirəyə çıxarılmalıdır. Bu arsenal Avropanın təhlükəsizliyi və strateji sabitliyi ilə bağlı məsələnin tərkib hissəsidir,” deyib.

“İran və Rusiya Bushehr stansiyasından daha böyük gücə malik nüvə obyektlərinin inşası ilə bağlı danışıqlar aparıb”- deyə İran Atom Enerjisi Təşkilatının (İAET) sözçüsü Bəhruz Kamalvəndi Moskva şəhərində keçirilən “World Atom Week – Atom Expo 2025” sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

İran, Çin, Pakistan və Rusiya xarici işlər nazirləri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstan mövzusunda dördtərəfli görüş keçirib və birgə bəyanat qəbul ediblər. Rusiyanın təşəbbüsü ilə keçirilən toplantıda nazirlər Əfqanıstandakı son vəziyyəti müzakirə edərək, ölkənin müstəqil, vahid və sabit dövlət olaraq qalmasının vacibliyini vurğulayıblar.

Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Onun "məhkəmə"si rutin hüquqi prosedur deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu - ağrı və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını gördüyü canlı aynası.

NATO 19 sentyabrda baş verən insidentdən sonra fövqəladə qaydada səfirlər səviyyəsində iclas keçirib. İclasda Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) məlumat verərək üç silahlı Rusiya MiG-31 qırıcı təyyarəsinin Estoniya hava məkanına daxil olduğunu və orada on dəqiqədən çox qaldığını açıqlayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun növbəti iclası Türkmənistanın Aşqabad şəhərində keçirildi.Görüşdə Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan və Rusiya nümayəndə heyətləri iştirak etdilər. Müzakirələr zamanı ölkəmizi Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Samir Şərifov təmsil etdi.

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin geri satılacağı barədə yayılan məlumatlara rəsmi cavab verilib. Bəzi media orqanları Türkiyənin 2017-ci ildə 2,5 milyard dollara Rusiyadan aldığı S-400 bataryalarını, Moskvanın tələbi və ehtiyacları əsasında geri sata biləcəyi barədə xəbərlər yayıb.