Türkiyə 2025-cü ilin sentyabr ayında Rusiya elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azalaraq, 16 milyon 705 min 22 dollara çatdırıb. 2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Rusiya elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz azalaraq, 186 milyon 473 min 13 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 12 milyard 893 milyon 33 min dollara bərabər olub.
#Rusiya
Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında "Avanqard" müdafiə sənayesi zavodunda partlayış olub. 5 nəfərin xəsarət aldığı məlumdur, onlardan birinin vəziyyəti ağırdır. Zavodun işçiləri təxliyə edilib
Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Suriya Prezidenti Əhməd əş-Şəra Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Danışıqlarda regional və beynəlxalq məsələlər, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Şəraa səfər çərçivəsində Rusiyanın Tartusdakı dəniz bazasının və Hmeymimdəki hərbi hava bazasının gələcək statusunu da müzakirə edəcək.
Türkiyə 2025-cü ilin sentyabr ayında Rusiyaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq, 861 milyon 74 min 63 dollara çatdırıb.2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 faiz azalaraq, 104 milyon 965 min 70 dollara bərabər olub.
Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilir. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Sentyabr ayında Rusiyaya aid pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozması sadəcə təsadüfi bir insident deyildi, bu, ciddi xəbərdarlıq idi. O, mühüm sualları yenidən gündəmə gətirdi: nüvə gücünə qarşı hansı həddə qədər caydırıcılıq mümkündür? Beynəlxalq hüquq özünümüdafiə ilə ümumi müharibə təhlükəsinin qarşısını almaq arasında necə balans yarada bilər? NATO hansı rolu oynaya bilər ki, təhlükəsizliyi möhkəmləndirsin, amma Avropada dağıdıcı müharibə başlamasın?
Yekaterinburqda azərbaycanlılara qarşə törədilən cinayətlə bağlı Azərbaycan Prokurorluğunda da Rusiyada da araşdırma aparılır.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək. Çövkən üzrə Azərbaycan millisi A qrupundakı ikinci oyununda Küveyt yığması ilə qarşılaşacaq. Şəki şəhər stadionundakı görüş saat 12:30-da başlayacaq. Milli komandamız ilk turda Qırğızıstana 4:0 hesabı ilə qalib gəlib.