#Tehran

İranda etiraz dalğası Şərqi Azərbaycandakı qəsəbələr də daxil olmaqla 25 şəhərə yayılıb. Ölkənin qərb və cənub-qərbindəki əyalətlərdə etirazçılarla polis arasında qanlı toqquşmalar baş verib. İranın 31 əyalətindən 22-si hazırda aktiv etirazlarla əhatə olunub. Hələlik məlum olmayan səbəblərdən Tehranın qərbindəki İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Meqdad bazasında güclü partlayış baş verib. Hadisələri şərh edən Ali Lider Əli Xamenei etirazçıların tələblərini "ədalətli" elan etdi. Lakin Rəhbər vurğuladı ki, "üsyançılar öz yerlərinə qoyulmalıdır".

Venesuelanın xarici işlər naziri Yvan Gil Pinto ABŞ-ın ölkəsinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni qınadığına görə İrana təşəkkür edib. Yvan Gil Pinto İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin mətbuat konfransında Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Cilia Floresin oğurlanması ilə bağlı səsləndirdiyi fikirlərin bir hissəsini rəsmi X hesabında paylaşaraq Tehranın mövqeyini yüksək qiymətləndirib.

İranın paytaxtı Tehranda İsraillə əlaqəli olduğu iddia edilən bir şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran polisi həmin şəxsin MOSSAD ilə əlaqədə olduğunu və ölkə üzrə davam edən etiraz aksiyalarını qızışdırmaqda iştirak etdiyini bildirir. Tehran polisi saxlanılan şəxslə bağlı görüntülər yayıb. Adı açıqlanmayan şəxsin maddi qarşılıq müqabilində MOSSAD üçün fəaliyyət göstərdiyi və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda təxribatçı rol oynadığı iddia olunur.

İran XİN sözçüsü ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni kəskin şəkildə pisləyərək, bu addımı milli suverenliyin fundamental prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəqai bildirib ki, belə bir hücum heç bir halda əsaslandırıla bilməz və beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, beynəlxalq normaların davamlı şəkildə pozulması qlobal ictimaiyyəti ciddi nəticələr barədə düşünməyə vadar etməlidir.

Tehranın mərkəzində yerləşən Böyük Bazar ərazisində etiraz aksiyaları ikinci həftəsinə daxil olub. Dünən səhər yayılan görüntülərdə paytaxtın mərkəzində, bazara yaxın ərazilərdə toplaşan etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edildiyi, yan küçələrin bağlandığı və gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu görünür.

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı sərt bəyanatla çıxış edib. Tramp bildirib ki, əgər İran hakimiyyəti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ müdaxiləyə hazırdır. ABŞ Prezidenti bu fikirləri özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşıb. O, paylaşımında İran hakimiyyətini bir daha sərt şəkildə tənqid edərək, Vaşinqtonun vəziyyəti yaxından izlədiyini və dərhal hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.

İran hakimiyyəti ölkənin qərbində yerləşən Luristan əyalətində genişlənməkdə olan etiraz aksiyaları zamanı İnqilab Keşikçiləri Korpusunun səfərbərlik qanadı olan “Bəsic” milis dəstəsinin bir üzvünün öldürüldüyünü açıqlayıb. Bu, təhlükəsizlik qüvvələri sıralarında qeydə alınan ilk ölüm halıdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İraqın Tehran və Vaşinqton arasında dialoqu təşviq etmək səylərini müsbət qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, istənilən danışıqlar prosesi effektiv və real nəticələr verməsi üçün müəyyən edilmiş diplomatik prosedurlara uyğun aparılmalıdır. Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında diplomatiyanın İranın milli maraqlarının qorunmasında əsas vasitələrdən biri olduğunu və faydalı olduğu hallarda bu alətdən istifadə olunacağını vurğulayıb.

Keçmiş Əfqanıstan hökumətində Toxar vilayətinin polis rəisi vəzifəsində çalışmış Əkrəmməddin Səri Tehranda silahlı hücum nəticəsində həyatını itirib. Əkrəmməddin Səri iş yerindən çıxdıqdan sonra naməlum şəxs və ya şəxslər tərəfindən baş nahiyəsindən güllələnib. O, dərhal xəstəxanaya çatdırılsa da, aldığı ağır xəsarətlər səbəbindən vəfat edib.

Həbs zamanı Kəşəvarz Urmiya Universitetində keçirilən elmi seminara qatılmaq məqsədilə şəhərə gəldiyini iddia edib. Lakin onun mobil telefonunda İsrail ilə əlaqəli bir nömrədən və “Usher” istifadəçi adı ilə göndərilmiş mesaj aşkar olunub. Qaldığı otelin yoxlanışı zamanı isə İsrail ilə əlaqələrini sübut edən əlavə sənədlər tapılıb. Tapılanlar arasında bir dəftərdə bir sıra təhlükəsizlik qurumlarının ünvanları qeyd olunub.

İran MAQATE-nin baş direktoru Rafael Qrossinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini kəskin tənqid edərək, onun bu posta uyğun olmadığını bəyan edib. Tehran BMT Təhlükəsizlik Şurasında çıxış edərək, növbəti Baş katibin seçilməsində ədalətli, şəffaf və prinsipial prosesin vacibliyini vurğulayıb. BMT-də İranın daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında çıxışında bildirib ki, İrana qarşı sülhməramlı nüvə obyektlərinə yönəlmiş qanunsuz hərbi hücumlara səssiz qalan şəxslər BMT kimi təşkilata rəhbərlik etmək üçün etibarlı fiqur sayıla bilməz.