Beynəlxalq sanksiyalar, uzunmüddətli təcrid və iqtisadi çətinliklər fonunda fəaliyyət göstərən Şimali Koreya son illərdə gözlənilməz iqtisadi canlanma nümayiş etdirir. ABŞ mətbuatında dərc olunan təhlillərə görə, Pxenyan qlobal böhranları və geosiyasi qarşıdurmaları öz xeyrinə çevirməyi bacararaq həm iqtisadiyyatını, həm də hərbi potensialını gücləndirib.
#Pxenyan
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin hərbi-dəniz qüvvələrinə 10 min tonluq yeni esmines inşa etməyi və məxfi sualtı silah sistemləri hazırlamağı tapşırıb. Qərar Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pxenyana planlaşdırılan səfəri ərəfəsində açıqlanıb. Ölkənin rəsmi "Rodonq Sinmun" qəzetinin məlumatına görə, Kim Çen In cümə axşamı keçirilən hərbi-dəniz sınaqlarına şəxsən nəzarət edib. O, 5 min tonluq "Kanq Kon" esminesinə qalxaraq gəmi ilə tanış olub, həmçinin digər 5 min tonluq hərbi gəmi olan "Çoe Hyon"u müşahidə edib.
Şimali Koreya son iki gün ərzində ikinci dəfə çoxsaylı qısa mənzilli ballistik raketləri dəniz istiqamətində buraxıb. Bildirilib ki, Cənubi Koreya ordusu bu addımı növbəti təxribat kimi qiymətləndirib və ABŞ ilə hərbi ittifaq çərçivəsində cavab verməyə hazır olduqlarını açıqlayıb.
Şimali Koreya lideri Kim Çen İn, uzun müddətdir dayandırılmış diplomatik danışıqların bərpası üçün ABŞ-a çağırış edərək, “nüvə silahlarından imtina tələbini” ön şərt olaraq qaldırmamağa dəvət edib. Kim Çen İn, Cənubi Koreya ilə dialoqa qayıtmaq niyyətində olmadığını vurğulayıb.