#Milli Məclis

Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb. Görüşdə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Bakıda keçiriləcək 20-ci sessiyası müzakirə olunub. Tərəflər parlamentlərarası əməkdaşlığın inkişafını vurğulayıblar. İmzalanmış memorandum əlaqələrin genişlənməsi üçün əsas kimi qeyd edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub. Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.

İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsi təkcə aqrar sahənin cari vəziyyətinin müzakirəsi deyildi. Bu müşavirə əslində Azərbaycanın növbəti illər üçün iqtisadi və sosial prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mesajlar verdi. Çünki ölkə başçısının çıxışında səslənən məqamlar göstərir ki, hökumət artıq kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, milli təhlükəsizlik, regionların inkişafı və demoqrafik balans məsələsi kimi yanaşır.