#Milli Məclis

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. Bildirilib ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan parlamentin spikeri, dövlətlərarası münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin, özünün üç il öncə Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladıb.

Oktyabrın 21-də Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirib. Konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov moderatorluq edib.

"Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Qanun Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti, hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.