Ərəb-İslam elmi və mətbəx bilikləri Avropanın inkişafında mühüm rol oynadı və bu gün belə qastronomik tarixdə əvəzedilməz yerini qoruyur.
#İslam irsi
Toplumların islahı, insanları doğruya yönəltmək və xeyirli işlərə təşviq etmək istəyən hər bir kəs üçün ən vacib xüsusiyyətlərdən biri səmimiyyətdir. Səmimiyyət (ixlas) — insanın etdiyi işi yalnız Allah rizası üçün etməsidir. Əgər bir əməl səmimiyyətdən məhrumdursa, onun zahiri gözəl olsa belə, dəyəri yoxdur.
Teymurilər dövlətində (1368-1501) yaşamış məşhur həkim və mütəfəkkirlərindən biri idi. O, mövlana Fəthullah əş-Şabrani Şirvaninin (öl. 1486) tələbələrindən biri olmuşdur. Səid Nəfisi onun həmçinin Molla Caminin yetirmələrindən biri olduğunu qeyd etmişdir.
Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili, Şafii məzhəbinə mənsub görkəmli Azərbaycanlı alim, fəqih və müfəssir olub, Misirdə yaşayıb, elmi əsərləri və xəttatlığı ilə tanınıb.
Əslində bu təsvir islamda baytarlığın nə qədər inkişaf etməsinin bariz nümunəsidir.
Bəzi mənbələrdə Kutub-i Sittənin bu görkəmli alimlərinin türk olduğu haqda məlumatlar yazılmaqdadır. Həqiqətən də bu belədirmi?
Həm bu, həm də növbəti fəsildə İslam ədəbiyyatından bəhs olunur.
Peyğəmbərimiz ﷺ bu barədə belə buyurmuşdur: “Həqiqətən, günlərinizin ən fəzilətlisi Cümə günüdür. O gün Adəm (əleyhissəlam) yaradıldı, o gün vəfat etdi, o gün Sur üfürüləcək və həmin gün Qiyamət baş verəcəkdir. Buna görə də Cümə günü mənə çoxlu salavat gətirin. Çünki sizin salavatlarınız mənə təqdim olunur.”
Hənəfi alimlərinə görə, namazda qiraətin minimum həddi altı hərfdən ibarət ayədir. İmam Əbu Yusuf və İmam Muhəmməd isə üç qısa ayə və ya bir uzun ayənin kifayət etdiyini bildiriblər.
Xüsusilə XX əsrin sonlarından etibarən müxtəlif ölkələrdə formalaşan “siyasi islamçılıq” hərəkatları dini, onun ilahi və əhatəli mahiyyətindən uzaqlaşdıraraq, siyasi məqsədlərin alətinə çevirmişdir. Nəticədə İslamın insanlığa açıq olan geniş təlimləri məhəlli ideoloji qəliblərə sığdırılmağa çalışılmış, bu isə həm dini məhdudlaşdırmış, həm də onun adından edilən siyasəti legitimləşdirməyə xidmət etmişdir.
İslam cəmiyyəti hamıya bərabər hüquqların tanınması idealına digər bütün mədəniyyətlərdən daha çox yaxınlaşmışdır. Həzrət Peyğəmbərin dövründən etibarən hər bir fərdin ehtiyacları önəmli sayılırdı. Müsəlmanların özünəməxsus xüsusiyyətlərindən biri başqaları ilə maraqlanmaları və səxavətlə yardım göstərmələri idi. Kasıblara zəkatın məcburi ödənilməsi ciddi qaydada tətbiq edilirdi. Bununla yanaşı, könüllü şəkildə edilən müxtəlif yardımlar da geniş yayılmışdı.
İslam dini insanın əks cinsə meylini fitri bir ehtiyac kimi qəbul edir və bu ehtiyacın yalnız halal yolla – nikah vasitəsilə təmin olunmasına icazə verir. Evliliyin məqsədləri arasında nəsil artırmaq, qohumluq bağları qurmaq və insan nəslinin davamını təmin etmək olduğu kimi, əsas məqsədlərdən biri də insanın təbii şəhvətini halal çərçivədə tətmin etməkdir.