Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    İslam dini öz mahiyyəti etibarilə məhəlli və lokal çərçivələrlə məhdudlaşdırıla biləcək bir inanc sistemi deyildir. Onun ideyaları ümumbəşəri xarakter daşıyır, bəşəriyyətin bütövlükdə mənəvi həyatını əhatə edən universal bir mesaj təqdim edir. Lakin mövcud siyasi mənzərədə İslamın bu ümumbəşəri ruhu çox vaxt dar siyasi çərçivələrə salınır.

    Xüsusilə XX əsrin sonlarından etibarən müxtəlif ölkələrdə formalaşan “siyasi islamçılıq” hərəkatları dini, onun ilahi və əhatəli mahiyyətindən uzaqlaşdıraraq, siyasi məqsədlərin alətinə çevirmişdir. Nəticədə İslamın insanlığa açıq olan geniş təlimləri məhəlli ideoloji qəliblərə sığdırılmağa çalışılmış, bu isə həm dini məhdudlaşdırmış, həm də onun adından edilən siyasəti legitimləşdirməyə xidmət etmişdir.

    Belə bir vəziyyət İslamın istismarına yol açmaqla yanaşı, həm də dini kimliyi parçalamağa səbəb olmuşdur. Bugünkü mənzərədə “islamçı” adlanan kütlələr getdikcə üç istiqamətə bölünür: bir qismi siyasəti dinlə eyniləşdirərək fanatik bir məhdudiyyətə yuvarlanır; digərləri qlobalist və ya kürəsəlçi baxışlar altında dini universallığını itirmiş ideoloji vasitəyə çevirir; üçüncü bir qrup isə yerli ideologiyaların əlavəsinə çevrilərək milli və siyasi maraqların çərçivəsində həbs olunmuş bir inanc forması təqdim edir.

    Bu mənada “siyasi islamçılığın faciəsi” həm dini təhrif etmək, həm də onu müasir dünyanın siyasi oyunlarının bir parçasına çevirməkdir. İslam öz mahiyyəti etibarilə nə millətçi, nə də dar siyasi ideologiyaların tərkib hissəsi ola bilər. Onun təlimləri bütün insanlığı əhatə edən bir tövhid çağırışı olaraq qalmalıdır.

    Bəs bu böhrandan çıxış yolu nədən ibarətdir? Çıxış yolu dini yenidən dar siyasi çərçivələrdən qurtarmaqda və onu öz mahiyyətinə – ümumbəşəri çağırışına qaytarmaqda gizlidir. İslam yalnız məhəlli maraqların və lokal siyasi ambisiyaların əsiri olacaq qədər kiçik bir sistem deyildir. Onun təməl gücü bəşəriyyətə ünvanlanmış ilahi çağırışında, insanı bütövlükdə ədalət, azadlıq və mənəvi dəyərlərlə tanış edən universal yönündədir.

    İslamı bir siyasi taktika və ya lokal ideologiyanın əlavəsi kimi deyil, ictimai və fəlsəfi dəyər sistemi kimi qəbul etmək zəruridir. Bu dəyər sistemi ümumbəşəri prinsiplər üzərində qurulmalı, hər bir insanın hüququna və ləyaqətinə hörmət etməlidir. Ədalət və bərabərlik ideyaları yalnız bir icma üçün deyil, bəşəriyyətin bütün hissələri üçün təmin olunmalı, sosial və ictimai çağırış xarakteri daşımalı, məhəlli maraqlardan kənara çıxaraq ümumi insanlıq dəyərlərinə istiqamətlənməlidir. İslam siyasi alətdən çox mənəvi yön təqdim etməli, hakimiyyət uğrunda mübarizənin deyil, ictimai rifahın dayağı olmalıdır.

    Bu o demək deyildir ki, İslamda siyasi tərkib yoxdur. Əlbəttə vardır. Sadəcə, həmin siyasi tərkib dar siyasi maraqların əsiri deyil, əksinə, fundamental fəlsəfi kateqoriyalar formalaşdırır. İslamın siyasət anlayışı güc və hakimiyyət mübarizəsinə deyil, ədalət, hüquq, əxlaq və ümumbəşəri qaydaların cəmiyyətdə tətbiqinə əsaslanır. Bu baxımdan İslamın siyasi yönü insanlığı birləşdirən, sosial nizamı qoruyan və insanın mənəvi inkişafına xidmət edən ümumi prinsiplər təqdim edir.

    Başqa sözlə, çıxış yolu “siyasi islamçılıq” deyil, islami dəvətin bəşəriyyət miqyasında sosial-fəlsəfi bir çağırışa çevrilməsidir. Bu çağırış dar siyasi məqsədlərin əsiri olmayaraq, insanın mənəvi yüksəlişi ilə sosial ədalətin təmin olunmasını əsas götürməlidir.

    #İslam irsi #islam #Azər Hüseynov #İslam və siyasət #Siyasi islamçılıq #Fəlsəfi dəyər sistemi #Din və hakimiyyət #Sosial ədalət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Abdullah ibn Səlam: Tövratdan Qurana uzanan həqiqət yolu

    31 May 2026 18:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Qədim palçıq məscidlər: Tarixin səssiz şahidləri

    21 May 2026 10:56

    İskəndəriyyədən Cündişapura: Səlibçilərin məhv etdiyi, müsəlmanların qoruduğu elm

    20 May 2026 18:00

    İbn Məsud: Peyğəmbər sirlərinin sadiq daşıyıcısı

    10 May 2026 13:02

    Allahın ilk olaraq yaratdığı şey nə idi?

    26 Aprel 2026 16:52

    Uhud döyüşü haqqında nə bilirik?

    26 Aprel 2026 10:53

    Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

    19 Aprel 2026 13:03

    Yuxuda çaqqal görmək necə yozulur?

    19 Aprel 2026 08:00

    İslamdan əvvəlki 10 Məhəmməd: Bir adın gizli tarixi və mənşəyi

    5 Aprel 2026 19:00

    Zikr haqqında Quranda nə deyilir?

    5 Aprel 2026 10:29
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.