#İsrail və İran

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai Kanadada keçirilən G7 xarici işlər nazirlərinin toplantısının yekun bəyanatında İran əleyhinə yer alan iddiaları əsassız, məsuliyyətsiz və qəbuledilməz adlandırıb. Bəqai bildirib ki, G7 üzv ölkələrinin məsuliyyətsiz mövqeyini təkrarlaması – üç Avropa ölkəsi və ABŞ-ın JCPOA-nın (Nüvə Razılaşması) mübahisələrin həlli mexanizmindən sui-istifadə edərək BMT Təhlükəsizlik Şurasının İranla bağlı daha əvvəl ləğv edilmiş qətnamələrini bərpa etməsi kimi qanunsuz və əsassız addımını dəstəkləmələri – beynəlxalq hüquqa zidd bir hərəkətin təsdiqlənməsi deməkdir.

İran Xarici İşlər Nazirliyi İsrail rejiminin Livanın müxtəlif bölgələrinə qarşı apardığı hərbi təcavüzü qətiyyətlə pisləyib. Cümə günü yayılan açıqlamada nazirlik Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq icma və regional ölkələrin işğalçı rejimin hərbi təcavüzünə qarşı durmaq və bu rejimi məsuliyyətə cəlb edib cəzalandırmaq öhdəliyini vurğulayıb. Nazirlik İsrail rejiminin toxunulmazlığı və genişlənmə siyasətinin regionda sülh və təhlükəsizlik üçün təhlükəli nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

Müxalif sağçı “Yisrael Beitenu” partiyasının lideri Avigdor Liberman bu gün, cümə günü İranın İsrailə qarşı gözlənilməz hücum həyata keçirməsi ehtimalı barədə xəbərdarlıq edib.AzerVoice xəbər verir ki, bu xəbərdarlıq iki ölkə arasında son müharibədən sonra gərginliyin davam etdiyi bir vaxtda səslənib.

İran Prezidenti Məsud Pezeşkian, ölkəsinin nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha təsdiqləyib. Pezeşkian, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasının iclasında etdiyi çıxışında açıqlayıb. "Bir daha bu iclasda açıq şəkildə bildirirəm ki, İran heç vaxt nüvə bombası istehsal etməyi hədəfləməyib və etməyəcək"- deyə qeyd edib. Pezeşkian, bu mövqeyin İran lideri Ayətullah Əli Xamenenin fətvasına əsaslandığını vurğuladı və İsrailin Qəzza və bölgədəki insanlıq əleyhinə cinayətlərinə diqqət çəkdi.

İranın iyun ayında İsrail və ABŞ-ın hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinin hazırda bərpası müşahidə olunmur. İsrail ordusu isə bu mərhələdə həmin obyektlərə yeni zərbələr endirməyi planlaşdırmır. Bunu İsrail ordusunun Baş Qərargahının Əməliyyat İdarəsinin briqada komandiri İsrail Şumer ordu radiosuna müsahibəsində bildirib. “Hazırda müharibə zamanı zədələnmiş İranın nüvə və raket imkanlarının bərpası aparılmır” - deyə, Şumer qeyd edib.

İran İsraillə yeni silahlı toqquşmanın baş verə biləcəyini istisna etmir. Bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib. “Bütün variantlar mümkündür, lakin biz hər bir şəraitə hazırıq. 12 günlük müharibə zamanı sionist rejim (İsrail - red.) və ABŞ öz hədəflərinə çata bilmədi. Əksinə, İran qəhrəmancasına müqavimət göstərdi və eyni zamanda təcavüzə cavab verdi” – deyə, Arakçi qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.

Tərəflər atəşkəsə razılaşsa da, münaqişə regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İyun döyüşləri göstərdi ki, hər iki ölkə istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Hazırda isə atəşkəs kövrəkdir və yeni eskalasiya riski real olaraq qalır.Siyasi şərhçi Rufiz Hafizoğlu iki ölkə arasında yenidən müharibə başlayacağını düşünür. O, Modern.az-a açıqlamasında yeni müharibənin ilin sonunadək başlayacağını və iyunda baş verən 12 günlük müharibədən daha qanlı olacağını bildirib.