#İzmir

Meşə Baş Müdirliyi yanğınların tam nəzarət altına alınması üçün əməliyyatların davam etdiyini açıqlayıb. Geliboluda 9 təyyarə, 6 helikopter, 143 texnika və 391 nəfərlik canlı qüvvə ilə alova müdaxilə olunub. Kənd sakinlərinin dəstəyi ilə alovun qarşısı qismən alınıb, Pazarlı və İlqarderə kəndlərindən 126 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib. Muğlanın Yatağan rayonunda baş verən yanğın havadan və qurudan müdaxilə ilə söndürülüb, soyutma işləri aparılır. Bursanın Orhangazi rayonunda yanğına 2 helikopter, PUA, 8 su maşını və 62 nəfərlik qüvvə cəlb olunub və ərazi nəzarətə götürülüb. İzmirin Menderes rayonunda isə kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib, 8 təyyarə, 8 helikopter və 239 nəfərlik personalın səyi ilə nəzarət altına alınıb.

Çile məhəlləsində əkinçilik sahəsində hələ məlum olmayan səbəblərdən başlayan yanğın meşəlik əraziyə keçib. İzmir Meşə Regional Müdirliyi və müvafiq qurumlar yanğının qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Hazırda alovla mübarizə üçün 8 təyyarə, 9 helikopter, 25 su maşını, 26 su təchizatı maşını və 4 buldozer səfərbər edilib. Yanğınsöndürmə işləri həm havadan, həm də qurudan intensiv şəkildə davam etdirilir. Hazırda yanğının nəzarət altına alınıb-alınmadığı barədə dəqiq məlumat verilməyib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 10 gündə ölkənin 29 şəhərində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar zamanı 49 şübhəlinin saxlanıldığını, onlardan 39 nəfərinin həbs edildiyini açıqlayıb. Nazir Yerlikaya bu barədə sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, İstanbul, İzmir və Ankara da daxil olmaqla bir çox şəhərdə jandarma qüvvələri tərəfindən koordinasiyalı əməliyyatlar həyata keçirilib. Saxlanılan şəxslər sosial media üzərindən FETÖ təbliğatı aparmaq, təşkilatın hazırkı strukturlarında fəal iştirak etmək, ankesorlu telefonlarla əlaqə yaratmaq və terror təşkilatı ilə əlaqəli saxta yardım qurumlarına maliyyə dəstəyi vermək kimi ittihamlarla axtarılırdı.

İzmirin Buca və Aliağa rayonlarında meşə yanğınları baş verib. Hər iki yanğına havadan və qurudan müdaxilə edilir. İzmirin Buca rayonunda, yerli vaxtla saat 18:00 radələrində mikroavtobusda yanğın baş verib. Yol kənarındakı avtomobildə başlayan yanğın meşəyə yayılıb. Hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus hava vasitələri və çox sayda yanğınsöndürmə maşını göndərilib.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb. Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.