ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını "sülhə gedən yol" kimi gördüyünü bildirib. Bu barədə ABŞ prezidenti Nyu-Yorkun yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib. O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.
#Volodimir Zelenski
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada bir araya gələcəklər. Ərdoğan ilə Ukraynalı həmkarı Zelenski arasında keçiriləcək görüşün detalları Prezidentin Kommunikasiya rəhbəri Burhanəddin Duran tərəfindən paylaşılıb. Liderlərin bu ilki üçüncü üz-üzə görüşü yenə Prezidentlik Külliyəsində keçiriləcək və görüşün əsas gündəm mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.
Ukrayna Dövlət Prezidenti Volodimir Zelenskiy Rusiyayla müharibənin sona çatdırılması məqsədilə danışıqların intensivləşdirilməsi üçün sabah Türkiyədə görüşlərin keçiriləcəyini açıqlayıb. Zelenskiy sosial media hesabından paylaşımında, bu gün İspaniyada görüşlərdə iştirak edəcəyini bildirib. Zelenskiy Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması üçün danışıqların sürətləndirilməsi məqsədilə hazırlıq apardıqlarını vurğulayıb.
Stokholm və Kiyev İsveçin "Gripen E" qırıcı təyyarələrinin gələcək tədarükünə yol açan niyyət məktubu imzalayıblar. Bunu İsveçin Baş naziri Ulf Kristersson Ukrayna lideri Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Kristerssonun sözlərinə görə, söhbət Ukrayna üçün 100-150 ədəd "Gripen E" döyüş təyyarəsinin istehsalı və ixracı üzrə potensial müqavilədən gedir.
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna Viktor Orbanla və ya onsuz Avropa İttifaqının üzvü olacaq. Zelenskinin sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olma prosesini ləngidən yeganə lider kimi tarixə düşəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-da keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşdüyünü açıqlayıb. Zelenski, Telegram hesabında yayımladığı paylaşımda görüş zamanı Ukrayna və Suriyaya yönələn təhlükəsizlik təhdidlərinin, bu təhdidlərə qarşı birgə mübarizə yollarının və iki ölkə arasındakı əməkdaşlığın müzakirə edildiyini bildirib.
Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət edib. AzerVoice xəbər verir ki, dövlət başçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnız sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənir və Ukrayna müharibəsi fonunda sanksiyalar tətbiq edə bilər. Tramp bununla yanaşı, Kiyevin də müəyyən güzəştlərə getməsinin vacibliyini vurğulayıb. O, hər iki tərəfin razılaşmaya nail olmaq üçün töhfə verməsinin önəmini qeyd edib. “Putin razılaşmaq istəyəndə [Ukrayna Prezidenti Volodimir] Zelenski istəmədi. Zelenski istəyəndə isə Putin istəmədi. İndi Zelenski razıdır, amma Putinin mövqeyi sual altındadır. Biz çox sərt addımlar atmağa məcbur olacağıq”, – Tramp bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş imkanını heç vaxt istisna etməyib. Lakin o, belə görüşlərin məqsədəuyğunluğunu şübhə altına alıb. Putin bu barədə Çinə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu bölgə Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin mühüm hissəsidir.