#Qırğızıstan

Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 9 milyon 332 min 4 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 5 milyon 11 min 84 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq, 775 min 30 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,5 faiz azalaraq, 238 min 16 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 637 min 80 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 99,5 faiz artaraq, 405 min 75 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalaraq, 6 milyon 247 min 69 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Qırğızıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalaraq, 2 milyon 664 min 9 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.

BƏƏ-nin humanitar təşəbbüsü çərçivəsində Qırğızıstanda minlərlə insan üçün iftar və sahur süfrələri təşkil olunub. Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Ay Cəmiyyəti Qədr gecəsi münasibətilə Qırğızıstanın müxtəlif bölgələrində ümumilikdə 14 min nəfər üçün iftar və sahur təşkil edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasının keçiriləcəyi məkan və tarix müəyyənləşib. Təşkilatın nümayəndələri Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə sabah, 7 mart 2026-cı il tarixində İstanbulda bir araya gələcəklər. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu kritik görüşdə təşkilat daxilindəki son proseslər və yaxın gələcəkdə atılacaq strateji addımlar ətraflı şəkildə müzakirə olunacaq. Həmçinin nazirlərin güncl qlobal və regional məsələlər ətrafında genişmiqyaslı məsləhətləşmələr aparması planlaşdırılır.

2026 -cı ilin yanvar ayında Qırğızıstandan Türkiyəyə 15 min 552 turist səfər edib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 26,26 faiz çoxdur. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qırğızıstan vətəndaşlarının payı 0,69 faiz təşkil edib. Nazirliyin məlumatında qeyd edilir ki, 2026-cı ilin yanvarında Türkiyəyə 2 milyon 246 min 639 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,48 faiz çoxdur.