Bəhreyn krallığında milli təhlükəsizliyin qorunması və xarici təhdidlərin daxili dəstəkçilərinə qarşı mübarizə məqsədilə kəskin hüquqi addımlar atılıb. Hakimiyyət orqanları İranın Bəhreynə qarşı həyata keçirdiyi düşmənçilik hərəkətlərini təqdir edən və bu aktlara rəğbət bəsləyən şəxsləri vətəndaşlıqdan məhrum etməyə başlayıb. Kralın birbaşa göstərişinə əsasən, İranın cinayət xarakterli fəaliyyətlərini tərifləyən, əslən Bəhreyn mənşəli olmayan 69 nəfərin vətəndaşlığı dərhal ləğv edilib.
#ABŞ İran toqquşması
BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı gəmi hərəkətinin məhdudlaşdırılmasının qlobal qida böhranını tətikləyə biləcəyi barədə xəbərdarlıq edərək, dünya iqtisadiyyatının "nəfəs alması" üçün boğazın dərhal açılmasına çağırıb. BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı o bildirib ki, dəniz yollarının təhlükəsizliyi hazırda beynəlxalq nizam üçün ciddi bir sınağa çevrilib.
Almaniya Kansleri Fridrix Mers bazar ertəsi etdiyi çıxışda ABŞ-ın İrana qarşı apardığı siyasəti və diplomatik gedişatı kəskin şəkildə tənqid edərək, Vaşinqtonun Tehran tərəfindən "alçaldıldığını" bildirib. Mers vurğulayıb ki, İran rəhbərliyi, xüsusilə də İnqilab Keşikçiləri Korpusu amerikalı rəsmiləri nəticəsiz danışıqlar üçün Pakistana qədər gətirtmək və sonra onları əliboş geri göndərməklə bütöv bir milləti rəzil edir.
ABŞ Prezidenti Donald Tramp, nümayəndə heyətinin Pakistan səfərini son anda ləğv etməsinin regionda hərbi əməliyyatların yenidən başlayacağı mənasına gəlmədiyini bəyan edib. "Axios" xəbər portalına açıqlama verən Tramp, "Xeyr, bu, elə bir şey demək deyil. Hələ ki, müharibənin yenidən başlamasını düşünməmişik" deyərək gərginliyi müəyyən qədər səngidib.
İran Prezidenti Məsud Pezeşkian şənbə günü dövlət televiziyası vasitəsilə xalqa müraciət edərək, ölkənin enerji təhlükəsizliyini qorumaq üçün elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Dövlət başçısı vurğulayıb ki, hazırda ölkədə enerji çatışmazlığı qeydə alınmasa da, ABŞ və İsrailin əsas məqsədi İranın mühüm infrastruktur obyektlərinə zərbələr endirmək və blokada tətbiq etməklə əhali arasında süni narazılıq yaratmaqdır.
ABŞ mediası Trampın Kuşner və Vitkoffun Pakistana səfərini ləğv etdiyini bildirib.
İran siyasi gündəmi son günlərdə ziddiyyətli məlumatlarla diqqət çəkir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, nazir Abbas Əraqçinin Pakistan, Oman və Rusiyanı əhatə edəcək səfəri çərçivəsində ABŞ və İsrailin İrana dayatdığı müharibənin dayandırılması istiqamətindəki səylərin qiymətləndiriləcəyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün başlayacaq Pakistan, Oman və Rusiya turunun ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional proseslərə dair məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildirib. Əraqçi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında İslamabad, Maskat və Moskvaya səfər edəcəyini elan edib. Nazir qeyd edib: "Səfərlərimin məqsədi tərəfdaşlarımızla ikitərəfli mövzularda yaxın koordinasiya yaratmaq və regional hadisələri müzakirə etməkdir. Qonşularımız bizim prioritetimizdir".
NATO-nun təsis müqaviləsində üzv ölkələrin üzvlüyünün dayandırılması və ya ittifaqdan çıxarılması ilə bağlı hər hansı bir bəndin olmadığı bildirilib. Bir NATO rəsmisi, beynəlxalq mətbuatda ABŞ Müdafiə Nazirliyinə məxsus daxili elektron poçtda ABŞ-ın İrana qarşı hücumlarda və Hörmüz boğazındakı əməliyyatlarda ona dəstək verməyən NATO müttəfiqlərini cəzalandırmaq üçün müəyyən ssenarilər üzərində işlədiyinə dair yayılan xəbərlərlə bağlı AA müxbirinə açıqlama verib.
Ukrayna Prezidenti Volodimir Zelenski bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Zelenski ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına "anlaşmaları inkişaf etdirmək" üçün gəldiyini duyurub. Avropalı liderlərlə dünən keçirdiyi görüşdə ölkəsi üçün "maliyyə zəmanətləri təmin etdiklərini" bildirən Zelenski, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.
1980-ci il aprelin 24-də ABŞ ordusunun Tehrandakı səfirlikdə girov saxlanılan əlli iki amerikalını xilas etmək üçün başlatdığı Qartal Pəncəsi əməliyyatı faciəvi şəkildə sona çatıb. Girov böhranının altıncı ayında diplomatik yolların tükənməsindən sonra Prezident Cimmi Karterin əmri ilə həyata keçirilən bu gizli hərbi missiya heç bir girov azad edilmədən səkkiz hərbçinin ölümü ilə nəticələnib. Əməliyyat planına görə helikopterlər və nəqliyyat təyyarələri İran səhrasında Səhra bir adlanan müvəqqəti bazada görüşməli idi.