#Paris

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində diqqət mərkəzində olan qarşılaşmalardan biri Fransada keçiriləcək. Qeyd olunur ki, PSJ son dövrlərdə formunu yaxşılaşdıraraq ardıcıl qələbələr qazanıb və yüksək nəticə göstərir. Komanda son 4 oyunda 15 qol vuraraq hücum xəttində effektivliyi ilə seçilir.

Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq. Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.

Fransa martın 5-də Prezident Emmanuel Makronun sədrliyi ilə Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə keçiriləcək beynəlxalq konfransın uğuruna ümid edir. Fransız rəsmilərinin gözləntilərinə görə, görüşdə 50-yə yaxın ölkənin və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsi iştirak edəcək. Bu geniş tərkib beynəlxalq birliyin Livan ordusunun gücləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisi hesab olunur.

21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.

Fransa Prezidenti Emmanuel Macron hökumət, hərbi komandanlıq və parlament nümayəndələrinin iştirakı ilə keçirilən qapalı iclasda Ukraynaya müharibədən sonra fransız qoşunlarının yerləşdirilməsi imkanlarını müzakirə edib. Le Monde qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, iclasda prezidentin təklif etdiyi plan əleyhinə ümumilikdə ciddi etiraz səslənməyib. Təxminən üç saat davam edən görüşdə 30-a yaxın şəxs iştirak edib. Onların arasında Fransa hökumətinin üzvləri, Silahlı Qüvvələrin Baş Qərargah rəsmiləri, eləcə də Milli Assambleya və Senat rəhbərliyi yer alıb.

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib. Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq. Liderlər bir çox məsələni müzakirə edəcəklər.