#Şimali Koreya

ABŞ Prezidenti Donald Tramp bu il Şimali Koreya rəhbəri Kim Çen Inla görüşəcəyini açıqlayıb. Tramp görüşün vaxtı və keçiriləcəyi yer barədə məlumat verməyib. ABŞ prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu bir daha vurğulayıb. O, Şimali Koreyanın nüvə imkanlarından da danışaraq Pxenyanın 57 nüvə silahına malik olduğunu iddia edib. Tramp son günlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması barədə göstəriş verib. Pxenyan isə bu addımın ABŞ-yə münasibətini dəyişmədiyini bildirib. Kim Yo Çjon buna baxmayaraq, qardaşının Trampla bağlı yaxşı xatirələrinin qaldığını açıqlayıb. Tramp və Kim Çen In arasında mümkün yeni görüş iki ölkə arasında uzun müddətdir dayanmış yüksək səviyyəli danışıqların yenidən başlanmasına yol aça bilər.

Cənubi Koreya Prezidenti Li Ce Myon Koreya yarımadasında davamlı sülhün təmin edilməsi üçün Şimali Koreya ilə dialoqun bərpa edilməsinə çağırıb. O, 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsini rəsmən başa çatdıracaq sülh sazişinin imzalanması və hazırkı atəşkəs rejiminin davamlı sülh mexanizmi ilə əvəzlənməsi üçün Şimali Koreya və digər maraqlı tərəflər arasında müzakirələrin keçirilməsinə çağırıb.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın gələn həftə keçirəcəyi birgə hərbi təlimləri pisləyərək daha güclü çəkindirmə tədbirləri ilə cavab verə biləcəyini açıqlayıb. Pxenyanq təlimləri “təcavüzkar müharibəyə hazırlıq” kimi qiymətləndirib və istənilən yeni təhdidə eyni səviyyədə yeni çəkindirmə vasitələri ilə cavab verəcəyini bildirib.

Beynəlxalq sanksiyalar, uzunmüddətli təcrid və iqtisadi çətinliklər fonunda fəaliyyət göstərən Şimali Koreya son illərdə gözlənilməz iqtisadi canlanma nümayiş etdirir. ABŞ mətbuatında dərc olunan təhlillərə görə, Pxenyan qlobal böhranları və geosiyasi qarşıdurmaları öz xeyrinə çevirməyi bacararaq həm iqtisadiyyatını, həm də hərbi potensialını gücləndirib.

2026-cı ilin əvvəlində dünyadakı nüvə başlıqlarının sayının 12 187-yə çatdığı bildirilir. Nüvə arsenalına görə ilk iki pillədə Rusiya və ABŞ qərarlaşıb. Bu iki ölkə birlikdə dünya üzrə bütün nüvə başlıqlarının təxminən 86 faizinə sahibdir. Çin son illərdə arsenalını artıraraq üçüncü yerdə möhkəmlənib. Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya da nüvə silahına malik dövlətlər sırasında yer alır. Mütəxəssislər nüvə silahlarının əsas hissəsinin məhz Rusiya və ABŞ-da cəmləşməsinin qlobal təhlükəsizlik balansına təsir göstərdiyini bildirirlər. Son qiymətləndirmələr nüvə silahlanmasının beynəlxalq təhlükəsizlik gündəmində əsas mövzulardan biri olaraq qaldığını göstərir.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin hərbi-dəniz qüvvələrinə 10 min tonluq yeni esmines inşa etməyi və məxfi sualtı silah sistemləri hazırlamağı tapşırıb. Qərar Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pxenyana planlaşdırılan səfəri ərəfəsində açıqlanıb. Ölkənin rəsmi "Rodonq Sinmun" qəzetinin məlumatına görə, Kim Çen In cümə axşamı keçirilən hərbi-dəniz sınaqlarına şəxsən nəzarət edib. O, 5 min tonluq "Kanq Kon" esminesinə qalxaraq gəmi ilə tanış olub, həmçinin digər 5 min tonluq hərbi gəmi olan "Çoe Hyon"u müşahidə edib.

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkəsində silah istehsalı üçün yararlı nüvə materiallarının həcminin son beş ildə iki dəfədən çox artdığını bəyan edib. Məlumata görə, Kim Çen In bu açıqlamanı yaxın vaxtlarda istismara verilmiş nüvə materialları istehsalı müəssisəsinə baxış zamanı səsləndirib. O bildirib ki, ölkənin nüvə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Təxminən səkkiz onillik ərzində Şimali Koreya hakimiyyətin ata xətti ilə ötürülməsinin sərt və dəyişməz modelinə sadiq qalıb. Mütləq hakimiyyət atadan oğula keçərək kişilərin üstünlük təşkil etdiyi, dəyişdirilməsi qeyri-mümkün görünən ənənəvi bir iyerarxiyanı möhkəmləndirib. Lakin Kim Çen Inın yeniyetmə qızı Kim Çu Enin görünməmiş şəkildə ictimaiyyət qarşısına çıxması bu sistemin sarsılması ehtimalına qapı açır. 2026-cı ilin əvvəlində rəsmi media onu partiya və ordunun yüksək rütbəli rəsmilərinin hüzurunda snayper tüfəngindən atəş açarkən nümayiş etdirdi, ardınca isə martın 19-da taktiki təlim zamanı yeni döyüş tankını idarə edərkən göstərdi.

Şimali Koreya ilə əlaqəli haker qrupları ABŞ-da minlərlə şirkətin istifadə etdiyi proqram təminatına sızaraq genişmiqyaslı kibertəhlükəsizlik böhranına səbəb olub. Məlumata əsasən, hakerlər təxminən üç saat ərzində sistemə nəzarəti ələ keçirərək proqramı yükləyən təşkilatların şəbəkələrinə sızmağa nail olublar. Hücum nəticəsində artıq onlarla şirkətin yüzdən çox cihazının zərər gördüyü müəyyən edilib.