#Şimali Koreya

Şimali Koreya liderinin 12 yaşında olduğu təxmin edilən qızı Kim Cu Ae də nümayəndə heyətində yer alıb. Onun dünya liderlərinin iştirak etdiyi toplantıda görünməsi beynəlxalq mediada “Kim-in varisi” kimi qiymətləndirilib. Heyətdə həmçinin Xarici işlər naziri Çoe Son-hui və digər yüksək vəzifəli şəxslər də iştirak edib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreya ilə hərbi gərginliyi azaltmaq məqsədilə “Azadlıq səsi” radio proqramının yayımını dayandırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, yayım günün əvvəlində tamamilə dayandırılıb və bu, 2010-cu ildən bəri ilk belə addımdır. Radio proqramında K-pop mahnıları ilə yanaşı, Şimali Koreya ilə bağlı xəbərlər, o cümlədən Pxenyanın Rusiyaya qoşun göndərməsi kimi hadisələr haqqında məlumatlar yayımlanırdı.

ABŞ prezidenti Donald Tramp bu il ərzində və ya qısa müddət sonra Çinə səfər etməyi planlaşdırır. Bu barədə Tramp Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. “Çox ehtimal ki, bu il ərzində və ya tezliklə Çinə səfər edəcəyik” – deyə, D.Tramp bildirib.

Yonhap agentliyinin məlumatına görə, avqustun 18-də başlayan və Şimali Koreyadan qaynaqlanan təhlükələrə qarşı müdafiə hazırlığını gücləndirməyi hədəfləyən illik təlim davam edir. ABŞ rəsmisinin açıqlamasına əsasən, 10 ədəd F-35 müvəqqəti olaraq Seulun cənubundakı Kunsan Hava Bazasına yerləşdirilib. Təyyarələr ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusuna təyin edilib. Onların əsas vəzifəsi əks hava manevrlərində iştirak və regionda mümkün təhlükələrə qarşı birgə hazırlığın artırılmasıdır.

Məlumata əsasən, bazada bir briqada gücündə hərbi hissə yerləşdirilib. Onlar altı–doqquz ədəd nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket və onların mobil buraxılış qurğuları ilə silahlanıb. Analitiklər xəbərdarlıq edirlər ki, bu raketlər həm Şərqi Asiya ölkələri, həm də ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.

, Kim ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimlərini ölkəsinə qarşı “düşmən mövqeyi” adlandıraraq, təhlükəsizlik baxımından nüvə arsenalının sürətləndirilməsinin vacibliyini vurğulayıb. KCNA-nın məlumatına görə, Kim ölkənin 5 min ton ağırlığında Choe Hyon gəmisinin silah sistemi sınaqlarını yoxlayıb. ABŞ və Cənubi Koreya isə Şimali Koreyanın təhdidlərinə cavab olaraq illik müdafiə təlimlərinə başlayıb.Təlimlərin avqustun 28-dək davam edəcəyi bildirilir.

Cənubi Koreya və ABŞ bu ay Şimali Koreyanın artan təhlükəsi fonunda hazırlığı gücləndirmək məqsədilə illik Ulchi Freedom Shield adlı birgə hərbi təlimlərə start verəcək. Avqustun 18-də başlayacaq və 10 gün davam edəcək təlimlərdə təxminən 18 min Cənubi Koreya əsgərinin iştirak edəcəyi bildirilib. Təlimlər həm səhra, həm də komanda-qərargah simulyasiyalarını əhatə edəcək.