#Narkotik istifadə edən uşaqlar

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbul mərkəzli 14 vilayətdə sosial media və anlıq mesajlaşma platformaları üzərindən narkotik ticarəti edənlərə qarşı keçirilən əməliyyatlarda 305 şübhəlinin yaxalandığını bildirib. İstanbul Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsi siber patrul qrupları ilə koordinasiyalı şəkildə apardığı 5 aylıq texniki və fiziki təqibdən sonra bu nəhəng əməliyyata imza atıb. İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə narkotik ticarətini rəqəmsal platformalara daşıyan şəbəkələr tamamilə ifşa edilib.

Türkiyənin 24 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində külli miqdarda narkotik maddə aşkar olunub. Türkiyə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə son 10 gündə həyata keçirilən bu tədbirlərin uğurla yekunlaşdığını bildirib. Narkotik cinayətkarlığına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik maddə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əməliyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 144 nəfər saxlanılıb.