#Hörmüz boğazı

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranla bağlı irəli sürdüyü 2 həftəlik atəşkəs təşəbbüsünü dəstəklədiklərini bildirib. Netanyahu əlavə edib ki, İsrail tərəfi ABŞ-ın İranla bağlı hərbi əməliyyatları 2 həftəlik müddətə dayandırmasını yalnız Tehranın Hörmüz boğazını açması və atəşkəsə razı olması şərti ilə qəbul edir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına əsasən, “Ocean Thunder” adlı türk mülkiyyətli gəmi ötən gecə Hörmüz boğazını təhlükəsiz keçərək Körfəzdən çıxışını tamamlayıb. Məlumata görə, bu keçidlə birlikdə münaqişənin başlanmasından bəri bölgədə gözləyən 3 gəmi boğazdan təhlükəsiz şəkildə ayrılıb.

"Windward" dəniz kəşfiyyatı şirkətinin məlumatına görə, Hörmüz boğazından keçən gəmilərin sayında artım qeydə alınıb. Məlumata görə, bütün 16 gəmi İranın Larək adasından keçən marşrutdan istifadə edib. "Windward" ekspertləri bunu daha çox ölkənin "gəmilərin keçidini təmin etmək üçün İranla danışıqlar apardığının" əlaməti kimi qiymətləndirirlər. Şirkət həmçinin yaxın günlərdə keçid tempinin daha da artacağını ehtimal edir.

Filippin hökuməti öz gəmilərinin Hörmüz boğazından keçidinə icazə veriləcəyini rəsmən elan edib. Manila rəhbərliyinin bir müddətdir İran ilə apardığı intensiv diplomatik təmasların nəticəsi olan bu qərar, regiondakı dəniz nəqliyyatının canlanması baxımından kritik bir addım kimi qiymətləndirilir. Filippin tərəfi enerji təhlükəsizliyini təmin etmək və neft daşımalarını davam etdirmək məqsədilə İran tərəfindən "düşmən olmayan dövlət" statusunda tanınmağa nail olub.

Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya liderlərinin Hörmüz boğazı ilə bağlı birgə bəyanatı. Biz İranın Körfəzdəki silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz qurğuları da daxil olmaqla mülki infrastruktura hücumları və İran qüvvələri tərəfindən Hörmüz boğazının de facto bağlanmasını ən sərt şəkildə pisləyirik.

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.

Çinin xarici işlər naziri Van İ ilə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zayani arasında telefon danışığı zamanı bölgədə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub. Bəhreyn tərəfi BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün fəal rol oynamağa hazır olduğunu bildirib və Çinlə koordinasiyanı gücləndirmək niyyətini ifadə edib.

Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu AK Partiyanın TBMM-dəki qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən Hörmüz boğazında qalan türk mülkiyyətindəki gəmilərin son vəziyyəti barədə məlumat verib. Nazir bildirib ki, hazırda boğazda Türkiyəyə məxsus 14 gəmi var və Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə onların ərazidən çıxarılması üçün işlər davam etdirilir. Uraloğlu vurğulayıb ki, hazırda gəmilərin çıxarılması üçün əlverişli imkan yaranmasa da, heyət üzvləri və kapitanlarla davamlı ünsiyyət saxlanılır.